EURO 1,8701 TRY 0,2948
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:14.10.2019 12:39:09

Oktyabrın 13-də keçirilən Müsavat Partiyasının IX qurultayında Arif Hacılı bu siyasi təşkilatın rəhbəri seçilib.

Oktyabrın 13-də keçirilən Müsavat Partiyasının IX qurultayında Arif Hacılı bu siyasi təşkilatın rəhbəri seçilib. Gizli səsvermə zamanı 261 nümayəndə onu dəstəkləyib.

Digər namizədlər, Müsavat Partiyası İdarə Heyəti üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlıya müvafiq olaraq 51 və 20 nümayəndə səs verib.

A.Hacılı partiya sədri seçkisindən öncəki çıxışında Azərbaycandakı vəziyyəti "Leonid Brejnevin idarəçiliyinin son illərində SSRİ-dəki vəziyyətlə" müqayisə edib.

"Hakimiyyət tərəfindən siyasi mübarizə üçün qeyri-bərabər şərait yaradılsa da biz partiya strukturlarını və Müsavatın nüfuzunu qoruyub saxlamışıq. Əgər ölkədə seçkilər minimal demokratik standartlara uyğun keçirilərsə biz qalib gələ bilərik", - o qeyd edib.

Lakin T.Yaqublunun fikrincə, ölkənin siyasi həyatında partiyanın yeri onun potensialına uyğun deyil və o yenilənməlidir.

Onun fikrincə, əvvəllər hakimiyyət öz əsas əleyhdarı kimi Müsavat liderini görürdü, amma hazırda ünvan dəyişib.

T.Yaqublu Müsavatın "real siyasi qüvvələr" ilə əməkdaşlığına tərəfdar olduğunu bildirib.

"Bu gün Müsavat AXCP ilə birlikdə olması lazımdır, hakim rejimin ən çox bundan qorxur", - T.Yaqublu bildirib.

Y.Sadıqlı deyib ki, bu gün partiya 2003-cü ildə olduğundan zəifdir və kütləvi aksiyalar keçirə bilmir.

O bildirib ki, partiya yenilənməlidir və ilk növbədə rəhbərlikdə dəyişiklik olmalıdır.

Y.Sadıqlı partiyada gənclərin sayının azaldığını deyib və vəd edib ki, əgər Müsavat Partiyasının sədri seçilərsə, etirazçı gənclərin təşkilat sıralarına cəlb edilməsi üçün hər şeyi edəcək.

Arif Hacılı ikinci müddətə partiya sədri seçilib. İlk dəfə 2014-cü ildə Müsavat Partiyasının sədri seçilmişdi.

Müsavat Partiyası 1911-ci ildə təsis edilib. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşevik Rusiyasının işğalı nəticəsində partiya bir müddət gizli, sonra isə mühacirətdə fəaliyyət göstərib. SSRİ-nin süqutundan sonra 1992-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən əldə etdikdən sonra Müsavatın fəaliyyəti bərpa edilib. 1992-2015-cı illərdə partiyanın rəhbəri 1980-cı illərin sonu, 1990-cı illərin əvvəli Azərbaycan milli-demokratik hərəkatının liderlərindən biri İsa Qəmbər olub. (Turan)


Arif Hacılı yenidən Müsavat Partiyasının başqanı seçilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vilayət Eyvazov baş leytenantı rəis təyin etdi
    Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib.
     14.11.2019
    Bakıda ictimai asayişi pozan şəxsləri vətəndaşlar belə döydü - YENİ VİDEO
    Noyabrın 12-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yolu bağlayaraq qadınları təhqir edən şəxsin yeni görüntüləri yayılıb.
     14.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ