1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:07.06.2017 10:36:15

Türkiyə Milli Komandasında Arda Turanın heyətdən kənarlaşdırılmasının ardınca Kosova ilə oyunda kapitanlıq lenti Səlcuq İnanda olacaq.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Milli Komandasında Arda Turan böhranı yaşanır.

Makedoniya ilə oynanan hazırlıq qarşılaşmasından sonra təyyarədə jurnalist Bilal Meşəyə hücum və təhqir edən Arda Turan Türkiyə Milli Komandasının düşərgəsindən göndərilib. Bazar günü oynanacaq olan Kosova matçı ərəfəsində düşərgədə olan milli komandada kapitan Ardanın heyətdən çıxarılmasından sonra maraqlı olan məsələ Kosova oyununda meydançaya kimin kapitan kimi çıxacağıdır.

Milli komandadakı kapitanlıq növbəsi Arda Turan, Səlcuq İnan, Gökhan Gönül və Hakan Balta formasındadır.

Bu səbəblə bazar günü oynanacaq olan Kosova oyununda kapitan Səlcuq İnan olacaq. Səlcuqun forma şansı tapa bilməməsi vəziyyətində isə kapitanlıq lenti Gökhan Gönüldə olacaq.


Ardanın milli komandadan qovulmasından sonra kapitanın kim olacağı məlum olub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstanda xüsusi əməliyyat keçirilib, 3
    Gürcüstan Daxili İşlər Nazirliyi aprelin 19-da Avropol ilə birgə ölkə ərazisində xüsusi əməliyyat keçirib.
     19.04.2018
    Məşhəddə alış-veriş mərkəzində kütləvi rəqs rəsmilərin istefa və həbslərinə səbəb oldu - VİDEO
    İranın Məşhəd şəhərində alış-veriş mərkəzində kütləvi rəqs rəsmilərin istefa və həbslərinə səbəb olub
     19.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ