1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:30.10.2019 09:42:21

AXCP-də hesab edirlər ki, fəalların cəzasının sərtləşdirilməsində məqsəd onları 2 noyabr mitinqinə buraxmamaqdır.

Oktyabrın 29-da Bakı Apellyasiya Məhkəməsi 15 sutkalığa həbs edilmiş AXCP sədrinin müavini Seymur Həzinin işinə təkrar baxıb.

Maraqlıdır ki, oktyabrın 28-də Apellyasiya Məhkəməsi onun həbsindən şikayəti təmin etməyib.

Lakin oktyabrın 29-da Apellyasiya Məhkəməsi Xətai polisinin rəisinin şikayəti əsasında işə yenidən baxıb. O, fəalın cəzasının sərtləşdirilməsini tələb edib.

Məhkəmə polis rəisinin şikayətini təmin edib və S.Həzinin həbs müddətini 30 sutkaya qədər uzadıb.

S.Həzi məhkəmənin qərarını “siyasi” adlandırıb.

O hesab edir ki, həbsi ona görə uzadıblar ki, müxalifətin 2 noyabr mitinqində iştirakına əngəl törətsinlər.

Çünki əvvəlki məhkəmə qərarına əsasən S.Həzi noyabrın 1-də azadlığa çıxmalı idi.

Apellyasiya Məhkəməsi AXCP fəalı Nicat Nizamovun həbs müddətini də analoji qaydada 15 sutkadan 30 sutkayadək uzadıb.

Hər iki fəal 19 oktyabr mitinqinə iki gün qalmış həbs olunublar.

AXCP-də hesab edirlər ki, fəalların cəzasının sərtləşdirilməsində məqsəd onları 2 noyabr mitinqinə buraxmamaqdır. (turan.az)


Apellyasiya Məhkəməsi Seymur Həzinin və Nicat Nizamovun həbs müddətini uzatdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Kərbəladan canlı yayım - Azərbaycan və xalqı dua edilir
    İlahiyyatçı laim Onurşah Rahmani Kərbəladan canlı yayım başladıb
     23.05.2020
    Ayətullah Sistaninin Nəcəf Ofisindən bayram açıqlaması...
    Bu haqda Alulbeyt Türkiyənin təmsilçilərindən olan Höccətülislam Onurşan Rəhmani bildirib
     23.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ