1. http://www.islamazeri.com/
  2. İNFO

Kateqoriya : İNFO

Yayınlanma tarixi:28.12.2016 16:05:06

Ananas çox az tapılan bir mineral olan manqanın mükəmməl bir qaynağıdır...

Ananas tropik iqlim qurşağında yetişən meyvədir. Bu meyvəni çox vaxt "cənub meyvələrinin şahı" adlandırırlar. Ananasın sulu, incə, ətirli və çox dadlı əti vardır. Ananasın suyunu içdiyiniz kimi, eləcə də meyvə şəkilində də qəbul edə bilərsiniz.
Daha çox mərkəzi və cənubi Amerikada yetişən ananas şöhrətini Avropalılar tərəfindən kəşf edildikdən sonra qazanmışdır. Ananasın faydaları aşağıdakılardır:
1. Qidanın həzminə kömək edir;
2. Bədəndə (yarana, və ya əmələ gələn) meydana gələ bilən şiş və ya iltihabları effektiv bir şəkildə azaltmağa kömək edir;
3. Əməliyyatlardan sonrakı yaxşılaşma dövrlərində ananas çox faydalıdır;
4. Tərkibində bol B vitamini saçların parlamasını və dərinin nəmlənməsini təmin edir;
5. Soyuqdəymədə profilaktik vasitədir;
6. Xərçəng xəstəliyinin yaranma riskini azaldır;
7. Qandakı yağın miqdarını və təzyiqini aşağı salır;
8. Damaq xəstəliyində və dişlərin laxlamasında faydalı vasitədir.
Ananas çox az tapılan bir mineral olan manqanın mükəmməl bir qaynağıdır.
Müasir tədqiqatlarçılar müəyyən etmişlər ki, tərkibi 16 mikroelementlə zəngin olan ananasın ətinin tərkibində şəkər, limon, alma, üzüm turşuları, B qrupu vitaminləri və C vitamini mövcuddur. ("Əbədi Nur")


Ananasda olan FAYDALAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əhmədinejad: “Amerikada səhnənin arxasında on nəfərlik şura var və böyük qərarlar verir”
    "Bu şuranın üzvləri tanınmış adamlardır və çox adam bu şuranın varlığından xəbərsizdir."
     23.05.2017
    Türkiyənin sabiq, yeganə qadın baş naziri məhkəməyə zorla gətiriləcək
    Tansu Çillər haqqında zorla gətirilmə qərarı
     23.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ