1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:24.02.2018 11:59:43

Amnesty İnternstional təşkilatının silahlı toqquşmalar bölməsinin rəhbəri Fransanın bu ölkələrə silah satışını dayandırmasına çağırıb.

 İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin Yəmənə qarşı cinayətlərinin geniş vüsət aldığını nəzərə alaraq Amnesty İnterational  təşkilatının ("Beynəlxalq Əfv Təşkilatı") silahlı toqquşmalar bölməsinin rəhbəri Fransanın bu ölkələrə silah satışını dayandırmasına çağırıb.

Əl-Cəzirə telekanalı bildirib ki, Beynəlxalq Amnistiya Təşkilatının silahlı toqquşmalar bölməsinin rəhbəri Nina Valş deyib: Fransanın silah satdığı ölkələr arasında Səudiyyə Ərəbistanı ikinci, BƏƏ isə altıncı yerdə durur və bu ölkələrə silah satışının dayandırılması böyük zərurət daşıyır. 

Valş həmçinin Yəmənə qarşı hərbi cinayətlərdə Amerika, Britaniya və Braziliya silahlarından istifadə barədə həyata keçirilmiş araşdırmaların nəticələrini təsdiqləyib.  Qeyd edək ki, bu təşkilatın Qərbi Asiya Hissəsi Direktoru Leyn Malev də ötən il bəyanat verərək "Səudiyyə Ərəbistanının Yəməndə törətdiyi sonuncu cinayət haqqında təcili bir araşdırma aparılmalıdır. Səudiyyə Ərəbistanının etdikləri beynəlxalq qanunlara zidd və insan hüquqlarının pozulması deməkdir.", -deyə qeyd etmiş və Səud rejiminin hərbi cinayət etdiyini təsdiqləmişdi.


Amnesty İnternational-dan Fransaya Səud rejiminə silah satmaması üçün xəbərdarlıq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Pakistan Səudiyyə ilə İranın arasını düzəltmək istəyir
    Pakistan baş nazirinin Səudiyyə ilə İran arasında vasitəçilik etmək üçün şənbə günü Ər-Riyada gedəcəyini bildirib.
     14.12.2019
    Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Senatının erməni soyqırımı haqda qətnaməsini pislədi
    Cümə axşamı ABŞ Senatı tərəfindən "qondarma erməni soyqırımının tanınmasına dair qəbul edilən qətnamə" tarixin saxtalaşdırılması və siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi cəhdidir.
     14.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ