1. http://www.islamazeri.com/
  2. İnfo

Kateqoriya : İnfo

Yayınlanma tarixi:02.04.2019 21:50:38

ABŞ-ın Nyu-Cersi ştatında çıxan “The Trentonian” qəzetində Azərbaycan icmasının üzvü Gülnarə Mehdiyevanın məqaləsi dərc olunub.

ABŞ-ın Nyu-Cersi ştatında çıxan “The Trentonian” qəzetində Azərbaycan icmasının üzvü Gülnarə Mehdiyevanın məqaləsi dərc olunub.

İslamazeri.com Azərtac-a istinadən xəbər verir ki, 1918-ci il mart ayında Azərbaycanda baş vermiş hadisələrə həsr edilmiş məqalə Amerika ictimaiyyətini azərbaycanlıların soyqırımı haqqında məlumatlandırmaq məqsədilə ABŞ Azərbaycanlılar Şəbəkəsinin hər il keçirdiyi kampaniya əsasında hazırlanıb. Materialda qeyd edilir ki, azərbaycanlıların soyqırımı 1918-ci il 31 mart - 1 aprel günlərində Bakı, Şamaxı, Göyçay və Qubada etnik azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsini, habelə XIX və XX əsrlərdə Azərbaycan xalqına böyük məşəqqətlər gətirmiş digər faciəli hadisələri əhatə edir. Tarixçilərin hesablamalarına görə, illər boyu baş vermiş soyqırımı nəticəsində həlak olmuş azərbaycanlıların ümumi sayı 500 min nəfərdən çoxdur. Qeyd olunur ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan ediləndən sonra “Mart hadisələri” AXC hökuməti tərəfindən təhqiq edilib, 1919-cu və 1920-ci illərdə isə 31 mart tarixi AXC-də Milli Matəm Günü kimi qeyd olunub.

Sovet hakimiyyəti illərində Azərbaycan xalqı azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edə bilmirdi, lakin 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa olunandan sonra azərbaycanlılar 1918-ci ilin bu faciəli günlərinin ildönümünü həm ölkədə, həm də xaricdə qeyd edirlər.

Azərbaycanlıların 1918-ci il soyqırımı tarixdə “1918-ci ilin Mart hadisələri” adı ilə də məşhurdur. Bu qırğın Stepan Şaumyanın rəhbərliyi və bolşeviklərin köməyi ilə “Erməni İnqilabi Federasiyası” (Daşnaksutyun) silahlı dəstələri tərəfindən Bakı, Şamaxı, Quba, Göyçay, Lənkəran və onlara yaxın yaşayış məntəqələrində dinc azərbaycanlı əhaliyə qarşı törədilib. Erməni millətçilər Qubada yüzlərlə Azərbaycan yəhudisini də amansızcasına məhv ediblər.

1998-ci ildə isə Prezident Heydər Əliyevin Fərmanı ilə 31 Mart günü hər il qeyd edilən Azərbaycanlıların Soyqırımı Günü kimi təsis edilib.


Amerikan nəşri azərbaycanlıların soyqırımından yazdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Özbəkistanda toy xərclərinə limit
    Özbəkistanda toy xərclərinə limit qoyulur
     21.09.2019
    Gəncədə atanı döyüb, iki oğlunu bıçaqladılar
    Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
     21.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ