EURO 1,8398 TRY 0,251
USD 1,7 RUB 0,0224
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:10.03.2020 10:30:54

ABŞ senatoru Ted Kruz koronavirusa yoluxan CPAC siyasi konfrans iştirakçısı ilə kontaktda olduğu üçün özünü karantinə alacağını bildirib.

İslamazeri.com Voa-ya istinadən xəbər verir ki, sabiq prezidentliyə respublikaçı namizədin sözlərinə görə, Kruz on gün əvvəl Merilend ştatında siyasi tədbirdə virus aşkarlanan şəxslə "qısa ünsiyyətdə olub".

"Çox ehtiyatlı olduğum və seçicilərimlə tez-tez ünsiyyətdə olduğum üçün CPAC-ın tədbirindən 14 gün keçənə qədər Texasdakı evimdə qalmağa qərar verdim" -deyə, o, açıqlama verib.

T.Kruz ABŞ-ın yanvarın sonlarında ilk koronavirusa (COVID-19) yoluxma hadisəsi açıqlanandan bəri özünü karantinə alan ən nüfüzlu amerikalılardan biridir.

Şənbə günü Amerika Mühafizəkarlar Birliyinin siyasi qrupu koronavirusa yoluxan CPAC iştirakçısının Nyu Cersidə tibbi yardım aldığını deyib.

"Özümdə heç bir simptom görmürəm, özümü yaxşı və sağlam hiss edirəm" - deyə, Ted Kruz bildirib.

Senator Kruzdan başqa Konqres üzvü Pol Qosar da sözügedən konfransda iştirak etdiyi üçün özünü karantina alıb. CPAC tədbiri 26-29 fevral tarixlərində baş tutmuşdu və ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Mayk Pens də iştirakçılar arasında olub. Amma onların virus aşkarlaranan şəxslə təmasda olmadığı açıqlanıb.


Amerikalı senator koronavirusa görə karantində

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Koronavirusa yoluxan Conson reanimasiya şöbəsinə yerləşdirildi
    Bu haqda Britaniya baş nazirinin ofisindən xəbər verilib.
     07.04.2020
    Nyu-York: Koronavirusa görə ölənləri parkda dəfn edəcəklər
    Nyu-Yorkun qanunvericilik orqanının nüfuzlu üzvü Mark Levin bildirib ki, koronavirus qurbanlarını müvəqqəti olaraq şəhər parklarında dəfn etmək lazım gələcək.
     07.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ