EURO 1,8808 TRY 0,2983
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:08.08.2019 13:13:22

ABŞ-lı ana və qızı İslam dinini qəbul etmələri barədə danışıblar.

İslamazeri.com-un “Wisconsin Muslim Journal”-a istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın Viskonsin ştatının iki sakini olan ana və qızı İslam dinini qəbul etmələri barədə danışıblar.

Təxminən 9 il öncə gənc amerikalı Marina misirli ailəyə məxsus kafedə işləyirdi. O, Ramazan ayında işə düzəlmişdi və məkanın sahiblərinin nəyə görə gün boyu heç nə yemədiklərini anlamırdı. Orucluq barədə məlumatlandıqdan sonra, Marina müsəlman iş yoldaşları ilə birlikdə oruc tutmaq qərarına gəldi.

Bu əməl Ramazan ayının sonunda Marinanın o qədər xoşuna gəldi ki, o, İslam dinini öyrənmək qərarına gəldi. O, kollecdə müsəlman Səkinə ilə tanış oldu. Səkinə ona namazın necə qılındığını öyrətdi. Marina tezliklə İslam dininə qəbul etdi.

Müsəlman olduqdan cəmi bir neçə həftə sonra Marina Əlcəzairdən olan müsəlman Messaud Zuaqi ilə ailə həyatı qurdu.

Marinanın anası Cill Oçoa əvvəl-əvvəl qızının bu qərarlarına qarşı ehtiyatla yanaşsa da, onun özündə də xristianlığın təlimləri ilə qaranlıq məqamlar var idi və o, bunlara heç cür cavab tapa bilmirdi. Cill 2009-cu ildən Kron xəstəliyindən əziyyət çəkir və bu, əzablı xəstəlik onu həyatın mənası barədə düşünməyə məcbur edirdi.

Günlərin birində Cill müsəlman imam, ravvin və keşişin iştirak etdiyi dəyirmi masaya dəvət alır.

Əgər insan öz uşağının başına olduqca qorxunc bir iş gətirsə, sonra da öz ölümündən öncə tövbə etsə, cənnətə düşəcək?”, - deyə o, hər üç din xadimindən soruşdu. Ravvin və keşiş müsbət cavab versə də, müsəlman alim mənfi cavab verib.

Dəqiq demək olmaz. Biz dünyanı tərəzi olaraq görürük. Hər əməlin öz çəkisi var”, - deyə müsəlman alim bildirib.

Bu cavab Cilli olduqca təsirləndirib və o, qızı Marinanın ardınca müsəlman olmaq qərarına gəlir. O, 47 yaşında olarkən İslam dinini qəbul etdi və hicab bağlamağa başladı.

Hazırda Marinanın 2 balaca uşağı var. Maraqlıdır ki, Marinanın iki doğma bacısı Ceyd və Melissa da analarının ardınca İslam dinini qəbul ediblər.


Amerikalı Marina İslamı qəbul etdi: Ailəsi də ona qoşuldu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Nazir: Orta pensiya məbləği 293 manat olacaq
    Gələn il pensiyaların indeksasiyası nəzərdə tutulur. Belə ki, ölkəmizdə orta pensiya məbləği ciddi şəkildə artaraq, 293 manat ətrafında olmalıdır.
     22.11.2019
    İran hərbi hava təlimləri keçirir
    İran Hərbi Hava Qüvvələri “Vilayət səmaları müdafiəçiləri-98” adlı hərbi hava manevrinin “Ya Məhəmməd Rəsulullah!” adlı sonuncu mərhələsi noyabrın 22-də başlayıb.
     22.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ