1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:03.02.2020 17:06:12

ABŞ hələ də İranın qisas məqsədli bir addım atacağını gözləyir

 İslamazeri.com ABŞ mediasına istinadən xəbər verir ki, İranın terror qrupu kimi tanıdığı ABŞ-ın CENTOM-un komandiri İranın hücumlarını gözlədiklərini bildirib.

CENTOM komandiri general McKenzie İranın ABŞ-ın İraqdakı “Ayn al Asad” hərbi bazasına hücumdan sonra döyüşü şiddətləndirmək istəmədiyini, lakin ABŞ güclərinin hələ də İranın qisas məqsədli bir addım atacağını gözlədiyni açıqlayıb.

General McKenzie İranın Fars körfəzindəki dəniz güclərinin son həftələrdə normal fəaliyyətdə olduğunu da önə çəkib.

Qeyd edək ki, bu ilin yanvar ayının 3-də ABŞ Ordusu İraqıb Bağdad Hava Limanında əməliyyat keçirərək İranın İnqilab Keşikçilər Korpusunun Qüds gücləri komandanı Qasim Süleymaniyə qarşı sui-qəsd həyata keçirmiş, İran 8 yanvarda ABŞ-ın İraqdakı Ayn Al Asad hərbi bazasını raketlərlə bombalayaraq yararsız hala gətirmişdi. İran tərəfi 80 hərbçinin öldüyünü bildirsə də, ABŞ prezidenti Donald Tramp yaralı və ölənlərin olmadığını bildirmişdi. Sonradan ABŞ tərəfi yaralıların olduğunu etiraf etmiş, son dəfə yaralıların kəllə-beyin travması və kontuziya alanların sayının 64-ə çatdığını açıqlamışdı.


Amerikalı general: İranın qisas məqsədli yeni hücumunu istisna etmirik

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İlham Əliyev: Ermənistan İran üzərindən silah gətirə bilməyib
    Prezident İlham Əliyev bu gün xalqa müraciəti zamanı bəzi açıqlamalar verib
     20.11.2020
    Ordumuz Ağdama Azərbaycan Bayrağını sancdı - VİDEO
    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
     20.11.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ