1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:01.05.2020 14:45:37

İran bu addımların sionist rejim və ABŞ-ın istəkləri əsasında atıldığını bildirib.

İslamazeri.com xəbər verir ki, Almaniyanın Livan hökümətinin bir parçası olan Hizbullahı terror qruplaşması elan etməsindən sonra İsrail və Səudiyyə bu qərarı alqışlayıb.

Almaniyanın bu açıqlamasından bir neçə dəqiqə sonra İsrail XİN rəhbəri Yisrael Katz atdığı twittə bunu təqdir edib.  

Almaniyanın bu qərarına təkcə İsrail sevinməyib.

İŞİD, Nusra və digər terror qruplaşmalarının əsas maliyyəçilərindən olan Səudiyyə Ərəbistanı da bu qərarı alqışlayaraq digər ölkələrin bundan örnək götürməsini istəyib.

 

Suriya və İrandan isə Alman hökümətinə tənqid gəlib.

Suriya Almaniyanın bu qərarını qanunsuz adlandıraraq Hizbullah üçün bu qərarın "bir medal" olduğunu bildirib.

İran  bu addımların sionist rejim və ABŞ-ın istəkləri əsasında atıldığını deyib.

Seyyid Abbas Musəvi Almaniya hökumətinin bu hərəkətini pisləyərək  "Deyəsən, Avropadakı bəzi ölkələr öz mövqelərini Qərbi Asiya bölgəsinin reallıqlarını nəzərə almadan və təkcə sionist rejimin və başını itirmiş Amerika rejiminin təbliğat maşınlarının hədəflərini nəzərə alaraq tuturlar.", - bildirib.

"Hizbullah Livanın hökuməti və parlamentinin rəsmi və qanuni bir hissəsidir; daim siyasi bir partiya kimi bu ölkənin siyasi cəhətdən sabitləşdirilməsi meydanında təsirli olub və Livanda və bölgədə geniş xalq dayağına malikdir.", -deyə İran XİN-in sözcüsü əlavə edib.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, Livan Hizbullahı İŞİD-in kobud terrorizmi ilə mübarizədə də aparıcı yerə malik olub və malikdir.

"Almaniya hökuməti regiondakı əsl terror qrupları ilə mübarizə yerinə, bu cür qərar qəbul etməklə, onun mənfi nəticələrinə görə cavabdeh olmalıdır.", -deyə Musəvi qeyd edib.

İsrail mediası isə Almaniyanın Livan Hizbullahını terror təşkilatı elan etməsində İsrailin böyük rolu olduğunu bildirir.

“Al Mayadeen” telekanalı cümə axşamı günü, İsrail mediasına istinadla, Sionist rejiminin Almaniyaya Hizbullahı terror təşkilatı elan etməsinə təsir edəcək yanlış məlumatlar verdiyini açıqlayıb.

Bundan sonra Almaniya daxili işlər naziri Hizbullahla bağlı açıqlama verib və Livan hökümətinin bir hissəsi olan təşkilatı terrorçu elan edib. Polis məscid, icma və evlərdə əməliyyat keçirməkdədir.


Almaniyanın Hizbullah qərarı: İran, Suriya tənqid - İsrail, Səudiyyə təqdir etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb
    Azərbaycan Respublikasında 325 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.
     03.06.2020
    Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini 90 günədək uzadıb
    Türkiyəyə səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün viza tələbi 90 günə qaldırılıb.
     03.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ