EURO 1,9202 TRY 0,2949
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:10.02.2019 01:31:44

Mundt sosial şəbəkə və digər veb-saytlar üzərindən yığdığı məlumatlarla "Facebook"un bazarda hakim mövqeyə gəldiyini ifadə edib.

Fərqli səbəblərlə funksiya göstərən "Facebook"a almanların reaksiyası nəticə verdi və Almaniya Federal Rəqabət Təşkilatı "Facebook"un istifadəçilərinin məlumatlarını icazələri olmadan toplamasına geniş əhatəli bir qadağa gətirərək, qismən də olsa, lazım olan tədbiri almış olub.

İslamazeri.com xəbər verir ki, istifadəçilər indiyə qədər bütün məlumatlarının "Facebook" tərəfindən bir profil altında birləşdirilməsi ön şərtini qəbul etdikdən sonra sosial şəbəkədən istifadə edə bilirdi.

Ancaq Federal Rəqabət Təşkilatının qərarına görə, "Facebook", "Whatsapp" ya da "Instagram" kimi özünə aid platformalar və digər platformalar üzərindən topladığı məlumatları ancaq istifadəçinin təsdiq etməsi vəziyyətində profillərə köçürülə biləcək. Təsdiqləri olmadığı təqdirdə fərqli kanallardan gələn məlumatlar "Facebook" profilindəki məlumatlarla birləşdirilə bilməyəcək.

Rəqabət Təşkilatı başçısı Andrea Mant (Andreas Mundt) "Facebook bundan sonra istifadəçilərini, "Facebook" və "Facebook" xarici məlumatlarının praktikada az qala sərhədsiz bir şəkildə toplanmasına və istifadəçi hesablarına köçürülməsinə məcbur edə bilməyəcək",- deyib. Mant sosial şəbəkə və digər veb-saytlar üzərindən yığdığı məlumatlarla "Facebook"un bazarda hakim mövqeyə gəldiyini ifadə edib.

Ədliyyə naziri Katerina Berli (Katarina Barley) istifadəçi məlumatlarının toplanmasına qarşı alınan bu qərarı məmnuniyyətlə qarşıladıqlarını açıqlayıb. Barley "Facebook"un məlumat toplama işini öz platformasının çox irəlisinə daşıdığını xatırladaraq, "Toplanan məlumatlarla əldə etdiyi gücün mənfi istifadəsini önləmək üçün sabit hərəkətlər etməliyik",- xəbərdarlığını edib.


Almaniyadan “Facebook”a balans xəbərdarlığı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mübariz Mənsimovdan onun haqda sifarişli yazı yazanlara və yazdıranlara SƏRT SÖZLƏR
    İslamazeri.com saytının "Sosial Şəbəkə" rubrikası xəbər verir ki, bu haqda sosial şəbəkə profilindən tanınmış iş adamı Mübariz Mənsimov özü status paylaşıb, bunu bəzi saytlar xəbər kimi yayıblar...
     18.04.2019
    Keçmiş bələdiyyə sədrinin ibtidai istintaqı başa çatıb
    Göygöl rayonu, Zurnabad bələdiyyəsinin sabiq sədri Daşqın Vəliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
     18.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ