EURO 1,8926 TRY 0,2924
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:10.11.2019 12:29:58

Şənbə günü Almaniyada Berlin divarının sökülməsinin 30-cu ildönümü qeyd edilib.

İslamazeri.com "voa"ya istinadən xəbər verir ki, dünən Almaniyada Berlin divarının sökülməsinin 30-cu ildönümü qeyd edilib. Bu, şərqi Avropada komunizmə son qoyan ən mühüm hadisələrdən biri idi.

Almaniya, Polşa, Macarıstan, Slovakiya və Çex Respublikasının liderləri Berlin Divarının son parçalarının mövcud olduğu Bernauer Strasse-da keçirilən mərasimdə iştirak ediblər. Orada onlar bir dövrdə 28 il bpyunca şəhəri bölən divarın olduğu yerə qızıl güllər qoyub.

Berlin Divarı memorialının başçlsl Aksel Klausmayer şərqi və qərbi Berlində yaşayan insanların 1989-cu ilin noyabrın 9-da axşam qucaqlaşaraq sevincdən ağladıqlarını deyib.

Klausmayer Şərqi Almaniya və Varşava Müqaviləsi Təşkilatına üzv qonşu ölkələrdə küçələrə axıraşaraq azadlıq və demokratiya tələb edən dinc etirazçılara, daha sonra isə o zaman Sovet İttifaqının lideri olan Mixail Qorbaçovun islahatlar siyasətinə təşəkkürünü bildirib.

Şərqi Almaniyadan qaçan insan axını və etirazlar ölkənin Kommunist hökümətinə Qərblə sərhədlərini açıb və ölkədə müharibədən sonrakı ayrılıqlara son qoyması üçün təzyiq göstərib.

Bundan 30 il sonra Almaniya qitənin ən güclü iqtisadi və siyasi gücünə çevrilib, amma ölkədə insanlar arasında sosializmdən kapitalizmə keçidin necə idarə olunduğuna dair dərin fikir ayrılıqları var.

Bir zamanlar divarın olduğu yerə yaxın ərazidə kiçik kilsədə keçirilən xidmətdə çıxış edən Merkel Şərqi Almaniyadan Qərbi Almaniyaya qaçmağa çalışarkən ölən və ya hıbs olunan insanların xatirələrini anıb.

Xanımlar və cənablar, Berlin Divarı tarixdir və bizə bunu öyrədir: İnsanları uzaq tutan və azadlıqlarını məhdudlaşdıran heç bir divar sökülməyəcək qədər hündür və ya geniş deyil”, o deyib.

Merkel həmçinin noyabrın 9-nun Almaniya tarixində hələ də kədərli bir gün olaraq qalır çünki həmin gün həm də Kristal Gecə, yəni 1938-ci ildə yəhudilərə qarşı başladılmış poqromun ildönümüdür.


Almaniyada Berlin divarının sökülməsinin 30-cu ildönümüdür

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakı bazarlarında müəmmalı yanğınlar: qəsd, yoxsa...
    Son günlər paytaxt bazarında və ticarət mərkəzində baş vermiş yanğınlar çoxlu suallar yaradıb, müəmmalara, şübhələrə və müxtəlif mülahizələrə yol açıb.
     16.12.2019
    Ərdoğan “Avro-2020”ni Bakıda izləyəcək: “İlham Əliyev məni gözləyir”
    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Avro-2020”də Türkiyənin keçirəcəyi iki görüşü Bakıda izləyəcək.
     16.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ