EURO 2,0849 NEFT 68,61
USD 1,7001 RUB 0,0301
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:16.03.2017 11:12:55

“Təəssüf ki, bu həqiqətdir və bu da qətiyyən gülməli deyil.”

İslamazeri.az-ın “Proto Thema”-ya istinadən verdiyi xəbərə əsasən, Almaniyanın maliyyə naziri Volfqanq Şoyble poçtla içərisində partlayıcı olan paket alıb. Bağlama Yunanıstandan, müxalif “Yeni Demokratiya” Partiyasının sədr müavini Adonis Georgiadisin adından göndərilib.

Bomba Maliyyə Nazirliyinə ötən gün daxil olub. Polis dərhal ofisdəki insanları təxliyyə edib və partlayıcını təhlükəsiz yerə aparıb.

Paketin üzərində Yunanıstan poçt xidmətinin möhürü olub. Göndərən şəxs kimi isə Adonis Georgiadisin Afinadakı ofis göstərilib. Yunan siyasətçi bu məlumatı təsdiqləyib.

Təəssüf ki, bu həqiqətdir və bu da qətiyyən gülməli deyil.”, - deyə Georgiadis “Twitter” səhifəsində yazıb və qeyd edib ki, özü də terrorçuların hədəfindədir.

Xatırladaq ki, ötən gün naməlum şəxslər Geogiadisə məxsus kitab mağazasının yaxıınlığında partlayıcı qurğunu partladıblar.

Qeyd edək ki, Yunanıstanda fəaliyyət göstərən “Alovlu özəklər birliyi” anarxist terror təşkilatı Afinadakı səfirliklərə, həmçinin Almaniya kansleri Angela Merkeldə daxil olmaqla, xarici liderlərə içərisində bomba olan bağlamalar göndərib.

Qruplaşma üzvlərinin bir hissəsi həbs edilərək, mühakimə edilib.

Qeyd edək ki, Volfqanq Şoybleyə qarşı 1990-cı ildə sui-qəsd törədilmişdi.  Nəticədə siyasətçi ağır yaralanaraq, əlil olub və hazırda da əlil arabasında hərəkət edir.


Alman nazirə Yunanıstandan bağlamada bomba göndərdilər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Elmar Məmmədyarov  Krakov görüşünün nəticələrini açıqladı
    Krakov görüşünün nəticələri barədə KİV-in sorğusuna cavab olaraq Xarici İşlər Naziri Elmar Məmmədyarov açıqlama verib
     19.01.2018
    Ermənilər snayper tüfənglərindən mövqelərimizi atəşə tutub
    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 116 dəfə pozub.
     19.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ