EURO 1,8566 NEFT 51,14
USD 1,7025 RUB 0,0299
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL

Kateqoriya : TƏHLİL

Yayınlanma tarixi:07.10.2016 14:41:39

"Onların təqdimatlarında guya Suriyada yalnız bir tərəfin vuruşduğu təsvir olunur."

İslamazeri.az-ın "Sputnik Deutschland"-a istinadən verdiyi xəbərə əsasən, alman jurnalist Yurgen Todenhofer müsahibəsində bildirib ki, Qərb KİV-ləri Suriya münaqişəsini tərəf tutaraq işıqlandırır.

Todenhofer sentyabr ayında "Nusra Cəbhəsi" terror təşkilatı silahlısından müsahibə alıb. Məlum olub ki, terror təşkilatı ABŞ-dan həm maliyyə, həm də silah dəstəyi alır. Bu məqalə geniş şəkildə yayıldı və bəziləri jurnalistin həqiqətən terrorçudan müsahibə almasına şübhə etdi.

Todenhoferin sözlərinə görə, bu cür reaksiya gözlənilən idi. Əvvəla, o qeyd edir ki, tənqidçilər diqqəti Qərb silahının Yaxın Şərqə tədarük edilməsi problemindən yayındırmaq istəyirlər. İkincisi isə, bu cür reportajlar "Qərbdə qəbul edilmiş dünya "mənzərəsinə" ixtilaf salır".

"Dünyanın bu mənzərəsi (görünüşü) Suriyada guya ki, yalnız bir tərəfin - dövlət və rusların döyüşdüyündən ibarətdir. Lakin əgər bu belə olsaydı, müharibə çoxdan qurtarmış olardı. Həqiqət budur ki, hər iki tərəf (dövlət və terrorçular) bir birinə qarşı amansız müharibə aparır.", - deyə o bildirib.

Hələbin qərbində - Suriya ordusunun mövqelərinin olduğu ərazidə son iki həftə ərzində 100-dən çox insan öldürülüb. Bu ona dəlalət edir ki, ordu "üsyançılar" tərəfindən hücuma məruz qalır. Lakin bu haqda heç kəs danışmır. Hətta müxalifət təşkilatları hesabatlarda on minlərlə öldürülmüş insan haqda məlumat verirlər. Öldürülmüşlər arasında dinc insanlarla yanaşı, hökumət meyilli qüvvələr də qeyd edilir.

"Bu o deməkdir ki, bizim Qərbdə əldə etdiyimiz müharibə haqda olan işıqlandırmalar tamamilə yanlışdır və birtərəflidir.", - deyə Todenhofer bildirib.

"Mənim kimi bir nəfər sual verən zaman bu cür cavab alır: "Əlbəttə, biz ABŞ-dan silah alırıq, hər nə yolla olursa olsun.", - o zaman, əlbəttə, güclü rezonans yaranır. Çünki Qərb onun dünya baxışının dəyişməsini istəmir: Bax bunlar "yaxşı bombalar"dır, onlar isə yox.", - deyə o əlavə edib.


Alman jurnalist: Qərbin Suriya müharibəsi haqda olan reportajları yalandan başqa bir şey deyil - MÜNASİBƏT

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Bakı Metropoliteni”nin işçiləri etiraz aksiyası keçirdi
    “Biz bu qurumun qanuni işçiləriyik. Biz fəhlələri məcburi öz hesabımıza məzuniyyətə göndərməyə çalışırlar. Biz buna etiraz edirik”.
     27.04.2017
    Türkiyədə rus zabitin qalıqları aşkar edildi - FOTO
    Türkiyədə tikinti işləri zamanı XIX əsrə aid tapıntı aşkar edilib.
     27.04.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ