EURO 1,9097 TRY 0,2896
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:23.05.2019 02:18:46

Almaniyanın “Ayntraxt” klubunun azarkeşləri azərbaycanlı fanatlara jest edib.

Almaniyanın “Ayntraxt” klubunun azarkeşləri azərbaycanlı fanatlara jest edib.

Avropa Liqasının yarımfinal mərhələsində “Çelsi”yə penaltilər seriyasında uduzan Frankfurt klubunun bir çox azarkeşi Bakıda keçiriləcək finala bileti daha öncədən alıb. Komandanın finala yüksələ bilməməsi alman azarkeşlərin Bakı planlarını pozub.

“DW Sports” nəşrində çalışan almaniyalı jurnalist Feliks Tamsut “Twitter” hesabında “Ayntraxt” azarkeşlərinin biletlərini Azərbaycanda yoxsulluq içində yaşayan uşaqlara bağışladığını yazıb.

“Finala bilet alanlar nə edib? Almaniyada çıxan xəbərlərə görə, təxminən 100 “Ayntraxt” fanatı biletlərini Azərbaycandakı yoxsul uşaqlara bağışlayıb”, - deyə Feliks qeyd edib.

Avropa Liqasının finalında İngiltərənin “Çelsi” və “Arsenal” klubları qarşı-qarşıya gələcək. Mayın 29-u, Bakı Olimpiya Stadionunda keçiriləcək matç üçün biletlərin qiyməti 30-140 avroyadır. (Sportal.az)


Alman azarkeşlər finalın biletlərini yoxsul azərbaycanlı uşaqlara payladılar

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın etdi - Nazir
    Azərbaycan Ordusunda aparılan islahatlar uğurla davam edir. Azərbaycan Ordusu inkişaf edir. Bununla bağlı, sübutlar var".
     18.06.2019
    Müsəlman ölkəsi ABŞ-ın zibilini özünə geri göndərəcək - SƏBƏB
    İndoneziya ABŞ-dan gələn tullantılarla bağlı qərar qəbul edib.
     18.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ