EURO 1,9794 NEFT 71,76
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:19.06.2018 17:19:31

Məsələ ilə bağlı ARB TV-nin “Günə doğru” verilişində sujet yayımlanıb.

Müasir dövrdə əksər insanlar aylıq əməkhaqqını və təqaüdünü plastik kartla alır. Vətəndaşlara təqdim edilən plastik kartlar təkcə aylıq məvacibi almaq üçün deyil, həm də bir sıra alış-veriş və digər proseslərdə istifadə edilmək imkanlarına malikdir. Bu ödəniş xidmətlərinə həmçinin kommunal xərcləri ödəmək də daxildir. Lakin bu gün regionlarda poçt və digər nağd ödəniş terminallarında növbələrin yarandığını, müxtəlif yaş kateqoriyasına aid insanların komunal borclarını ödəmək üçün növbə gözlədiyinin şahidi oluruq. Bəs niyə insanlar onlayn deyil, nağd ödəniş edir?

Məsələ ilə bağlı ARB TV-nin “Günə doğru” verilişində sujet yayımlanıb.

Sakin: “İnamsızlıqdandır, qorxuruq”.

Plastik kartlarla həmçinin marketlərdə də ödəniş etmək, bilet sifariş vermək, mobil telefon nömrəsində balans artırmaq və s əməliyyatlar aparmaq mümkündür. Bu xidmətləri vətəndaş heç yerə getmədən evdə oturaraq mobil telefon və plastik kartla reallaşdıra bilər. Etdiyiniz ödənişin qəbzinə gəlincə...

Cahid Əliyev (mütəxəssis): “Bəzi vətəndaşlar var ki, ödədikdən sonra deyirlər ki, qəbz olmur. Amma hər ödəniş portalında arxiv var və oradan baxmaq olar”.

Mütəxəssis Cahid Əliyev bildirir ki, onlayn ödənişdən az istifadənin səbəbi əhalinin bu xidmətlər barədə məlumatının az olmasıdır. Həmçinin bəzi insanlarda belə fikir var ki, pul plastik kart hesabında qaldıqda oğurlana bilər.

Nağdsız ödənişlərin başlıca faydası ondan ibarətdir ki, ticarət və digər xidmət sahələrində vergidən yayınmanın qarşısı alınır. Nəticədə bundan həm dövlət büdcəsi qazanır, həm də cəmiyyət faydalanır.


Alış-veriş üçün hansı sərfəlidir? Online, yoxsa nəğd ödəniş - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dolların sabaha olan məzənnəsi
    İyulun 19-na manatın məzənnəsi açıqlanıb.
     18.07.2018
    Tuneli bağlayıb şou göstərən gənclər barədə xəbər var- VİDEO
    Sosial şəbəkələrdə bir qrup gəncin Bakının mərkəzi küçələrindən birində tuneli bağlayaraq, əylənməsini əks etdirən görüntülər yayılmışdı.
     18.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ