EURO 1,9267 NEFT 67,11
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:22.06.2018 09:27:14

“Plos Medicine” jurnalında alimlərin növbəti tədqiqatının nəticələri açıqlanıb.

“Plos Medicine” jurnalında alimlərin növbəti tədqiqatının nəticələri açıqlanıb.
“Ölkə.Az” xəbər verir ki, ABŞ sakinləri üzərində aparılan araşdırma zamanı məlum olub ki, istənilən ölçüdə spirtli içki qəbulu xərçəng xəstəliyinin yaranmasına səbəb olur.

Son onillik ərzində elmi mətbuatda 10-larla tədqiqat yayımlanıb. Müəlliflər qeyd ediblər ki, spirtli içki qəbulu ilə xərçəngin inkişafı arasında əlaqə var. Bu zaman spirtli içkinin hansı dozada qəbulu heç bir rol oynamır.

Məsələn, 2010-cu ildə alimlər sübut ediblər ki, pivədən çox istifadə etmək bağırsaq xərçənginə yaxalanma riskini artırır. 2011-2013-cü illərdə isə alkoqol ilə döş xərçəngi arasında əlaqə üzə çıxdı. Digər müşahidələr sübut edib ki, tütün və alkoqol spirtli içkinin kanserogen təsirini artırır.
Digər tərəfdən isə, bəzi alimlər iddia edirlər ki, normal miqdarda pivə və çaxır içən insanlar digərlərinə nisbətən daha çox yaşayırlar. Bu isə tibb sahəsində mübahisələr səbəb olub.
Alimlər 55-74 yaş arası 100 min amerikalının üzərində araşdırma aparıblar. Onlar xərçəngin dörd geniş yayılmış növünün səbəbini tapmağa çalışıblar. Söhbət prostat, düz bağırsaq, ağ ciyər və yumurtalıq xərçəngindən gedir. Bu zaman təcrübədə iştirak edənlərin pəhrizi, həyat tərzi, müxtəlif vərdişləri və genetik təsirləri nəzərə alınıb. 8 il ərzində 10 min nəfər dünyasını dəyişdi. 12 min nəfər isə xərçəngə yoluxdu. Bununla da alimlər alkoqol ilə xərçəngin əlaqəsini tapdılar.

Məlum olub ki, alkoqol vaxtından əvvəl ölüm və xərçəngə yoluxma hadisələrin müxtəlif cür təsir edir. Birinci hadisədə spirtli içki və xərçəng arasında əlaqəni aşkar etmək çətin idi. Kiçik dozada spirtli içki ölümü sürətləndirmir, əksinə yavaşladırdı. Sonradan isə doza artırılanda bu risk qəflətən artdı.
Hətta kiçik dozalı spirtli içki də xərçəng riskini artırır


Alimlər təsdiqlədi - Alkoqollu içkilər xərçəng yaradır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Stoltenberq: Avropa ordusu NATO-ya alternativ ola bilməz
    NATO Baş katibi Yens Stoltenberq Avropa Birliyinin (AB) öz ordusunu qurmaq istəməsinə dair "Avropa ordusu NATO-ya alternativ ola bilməz",- deyib.
     16.11.2018
    Avropa Birliyi: PKK terror siyahısında qalacaq
    Avropa Ədalət Divanı PKK-nın Avropa Birliyinin (AB) terror təşkilatları siyahısında qalmasına qərar verib.
     16.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ