EURO 1,9671 NEFT 74,37
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. KİTAB HƏYATDIR

Kateqoriya : KİTAB HƏYATDIR

Yayınlanma tarixi:18.10.2016 16:35:28

Yel Universitetinin (Yale University School of Public Health) alimləri bəyan ediblər ki, kitab oxumaq təkcə çox əyləncəli məşğuliyyət və bilikləri artırmaq vasitəsi deyil

Sən demə, kitab oxumağın insan sağlamlığı üçün də çox böyük faydası var imiş. Mütəxəssislər tədqiqat apararaq kitabın insan ömrünü uzatdığını müəyyən ediblər. Həftə ərzində 3,5 saatdan çox mütaliə ilə məşğul olan insanların erkən ölüm riski heç kitab oxumayanlara nisbətən 23% aşağı düşür.

Bununla yanaşı, alimlər kitab oxumağın vacibliyinin 5 ən zəruri səbəbini də aydınlaşdırıblar. Birincisi, kitab oxumaq bütün xəstəliklərin 60%-nin, həmçinin insult və ürək-damar xəstəliklərinin səbəbi olan stressi aradan qaldırır. Sözsüz ki, həyatımızı stresslərdən qorumaq bizim əlimizdə deyil. Lakin kitab oxumaq stressin insan orqanizminə neqativ təsirini azaldır. İkincisi, kitab oxumaq beynin koqnitiv funksiyanı və yaddaşı yaxşılaşdırır. Üçüncüsü, kitab oxumaq yuxunun keyfiyyətini artırır. Yəni yuxululuqla yuxusuzluq arasındakı keçidi yüngülləşdirir ki, bunu da smartfonlar haqqında demək olmaz. Dördüncüsü, kitab oxumaq sosial bacarıqları təkmilləşdirir. Mütaliəli insanlar yaxşı dərk edə və başqa insanların nə fikirləşdiklərini hiss edə bilirlər. Sonuncu və ən vacib səbəb isə odur ki, kitab oxumaq hər kəsin intellektual səviyyəsini artırır./lent.az


Alimlər kitab oxumağın beş faydasını açıqladı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Yəməndə daha bir Səudiyyə rejimi komandanı məhv edildi
    Yəmən Ordusunun mətbuat katibi, təcavüzkarların Hudeydə hava limanına çata bilmədiyini və buranın Yəmən ordusu və xalq qüvvələrinin tam nəzarəti altında olduğunu bildirib.
     20.06.2018
    Azərbaycanda pambıq sahəsində yenidən kütləvi zəhərlənmə
    Yevlax rayonundakı pambıq sahələrindən birində növbəti kütləvi zəhərlənmə hadisəsi baş verib.
     20.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ