İsveçrəli alimlər maraqlı təkliflə çıxış ediblər.

İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, İsveçrənin Federal Texnologiyalar Laboratoriyasının alimləri Günəş və havanın əvəzinə, birbaşa insandan elektrik enerjisi əldə etməyi təklif ediblər.
Araşdırmaçılar bunun üçün asanlıqla əyilə bilən, nazik, öz tərkibi və teksturası ilə rezinə bənzər material hazırlayıblar. O, sıxılma-dartılma zamanı elektrik enerjisi istehsal edir. Bu ixtirada elektrik enerjisinin əldə edilməsi məsələsinə pyezoelektrik effekti cavab verir.
Üstəlik həmin materialların portativ elektronikanın, insanın öz üzərində gəzdirdiyi miniatür kardio-simulyatorun və ya insanın sağlamlıq vəziyyətini izləyən yeni bioloji ötürücülərin enerji ilə təmin edilməsində istifadəsi təklif edilir.
Alimlər insanı gəzən batareyaya çevirəcək