EURO 1,9105 TRY 0,2917
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:13.09.2018 21:26:19

ABŞ-lı alimlər Böyük Səhra ilə bağlı maraqlı araşdırma aparıblar.

İslamazeri.com-un “Science” jurnalına istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın Merilend və İllinois universitetlərinin alimləri Böyük Səhra ilə bağlı məqalə dərc ediblər. Həmin sənəddə deyilir ki, adıçəkilən səhranı nəhəng bir oazisə çevirmək olar və belə bir oazis qlobal istiləşmənin sürətini azalda bilər.

Alimlər qeyd ediblər ki, bunun üçün Böyük Səhrada külək və Günəş “fermaları” quraşdırmaq lazımdır. Təcrübələr göstərir ki, belə “fermalar” regionda orta temperatur və rütubətliliyə təsir edə bilər.

Araşdırmaya əsasən, Böyük Səhra alternativ enerjinin inkişafı üçün ideal bir yerdir, çünki buranın əhalisinin sayı çox azdır, burada sənaye təsisatları, kənd təsərrüfatı yerləri və digər obyektlər yoxdur.

Alimlər xüsusi bir iqlim modeli yaradıblar. Bu model Günəş və külək fermalarının tikintisinin regiona necə təsir edəcəyinə dair proqnoz verməyə imkan verib.

Məlum olub ki, sözügedən səhraya əhəmiyyətli dərəcədə yağıntı düşməyə başlayacaq. Nəticədə də səhra bitki ilə örtülməyə başlayacaq ki, bu da öz növbəsində, burada kənd təsərrüfatının başlanğıcı ola biər.

Uzunmüddətli perspektivdə isə bu Avropa və Yaxın Şərq ölkələrini enerji ilə təmin etməyə yardımçı ola bilər, həmçinin əksəriyyətinin Afrikada yerləşdiyi 3-cü dünya ölkələrinin ərzaq problemlərini həll edə bilər.


Alimlər: Böyük Səhra dünyanı aclıqdan xilas edə bilər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan qırıcıları Ermənistanı QORXUYA SALDI: 10 dəqiqə ərzində Qarabağda...
    Azərbaycan Hərbi Hava Qüvvələrinin Kürdəmirdə yerləşən hərbi bazası Ermənistanı qorxuya salıb.
     19.04.2019
    Şənbə günü hava necə olacaq? - Proqnoz
    Azərbaycanda şənbə gününə gözlənilən hava şəraiti açıqlanıb.
     19.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ