1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:24.03.2020 11:07:52

Azərbaycanda ərzaq marketlərində qablaşdırılmamış məhsulların alıcıların özləri tərəfindən götürülməsi qadağan edilib.

"Report" xəbər verir ki, bu, Qida Təhlükəsizliyi Agentliyinin ərzaq məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişində əks olunub.

Belə ki, müəssisələrə açıq şəkildə satılan çörək-bulka, unlu-qənnadı məmulatları, quru meyvələr və istehlakdan öncə heç bir termiki emal və yaxud təmizləmə prosesinə məruz qalmayan digər qablaşdırılmamış qida məhsullarının xüsusi vitrin arxasında saxlanaraq istehlakçılardan təcrid edilməsini və bu məhsulların yalnız xüsusi gigiyenik vasitələrlə (əlcək, maska, başlıq və s.) təmin edilmiş işçi heyət üzvləri tərəfindən istehlakçılara təqdim edilməsi tapşırılıb.


Alıcılara marketlərdə bunu edə bilməyəcəklər - Azərbaycanda yeni qaydalar

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Maliki açıqladı: ABŞ İŞİD-lə mübarizədə İraqa kömək etməyib
    İraqın sabiq baş naziri Nuri Əl Maliki maraqlı açıqlamaları ilə gündəmə gəlib
     03.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ