1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:18.01.2017 14:45:59

ABŞ-lı siyasi analitik Bəhreyndə insan haqlarının çox pis vəziyyətdə olduğuna toxunaraq, "Ali-Xəlifə rejimi Bəhreyndə bir növ məzhəbi "apartheid" (ayrıseçkilik, irqçilik - red.) edir" - deyib.

İslamazeri.az xəbər verir ki, Nyu-Yorkda FPIF Mərkəzindəki siyasi ekspertlərdən Ayen Uilyams (Ian Williams) "Tasnim"-ə verdiyi müsahibədə, Bəhreyndə insan haqlarının çox pis bir vəziyyətdə olduğuna toxunaraq bunları söyləyib: "Hətta keçmiş BMT Baş katibi Pan Ki Mun da Bəhreyn rejiminin xalqına qarşı mövqe və davranışına etiraz etmişdi. Bu mövqe və davranışlar rejimin xalqını vətəndaşlıqdan çıxarma kimi hərəkətlərdir və bu hərəkətlər tipik bir dini irqçiliyin göstəricisidir".

Uilyams daxili və beynəlxalq müxalifətə baxmayaraq "Əl-Vifaq Partiyası"nın Baş katibi Şeyx Əli Salmanın 9 il həbs cəzasına məhkum edilməsi və həmçinin Bəhreyn şiələrinin lideri Şeyx İsa Qasimin vətəndaşlıqdan çıxarılması və rejimin müxaliflərinə qarşı dinc bir mövqe tutmaq istəməməsi ilə bağlı verilən sual üzərinə bunları deyib:

"Bəhreyn rejimi Səudiyyə Ərəbistanının dəstəyi altındadır. Təbii ki, Amerika və İsrail kimi başqa havadarları da var. Hətta keçmiş BMT Baş katibi Pan Ki Mun da Bəhreyn rejiminin xalqına qarşı davranış və mövqelərinə qarşı çıxmışdı. Bu davranış və münasibətlər, xalqını vətəndaşlıqdan çıxarmaq kimi hərəkətlər idi və bu hərəkətlər tipik dini bir irqçiliyin təzahürüdür. Eyni zamanda bu bir insan hüquqları məsələsidir və dünya Bəhreyndə baş verənlərlə bağlı olaraq daha çox şeylər eşitməlidir və bu məsələ beynəlxalq insan haqları mövzusu halına gəlməlidir".

Uilyams 2011-ci ildə başlayan və hələ də davam edən və yüzlərlə insanın yaralanmasına və ölümünə səbəb olan dinc etirazları diqqətə alaraq, Bəhreyndəki insan haqlarının vəziyyətini dəyərləndirərək deyib:

"Bəhreyndə insan haqlarının vəziyyəti çox ağır və dərindir, lakin Ağ Evdəki dəyişiklik, bəlkə Vaşinqton (ABŞ - red.) üzərindəki təzyiqləri azalda bilər. Bəhreyn rejimi məsələni şiə və sünni məsələsi kimi göstərməyə davam etdiyi müddətcə Amerika Konqresindəki müxalifləri geri oturda bilər. Bu halda beynəlxalq bir kampaniya dünyanın, Avropa Birliyinin və Vaşinqtonun, Amerikanın hal-hazırda dəstəklədiyi rejimin avtoritar quruluşunun vəziyyətinə diqqət çəkməsini təşkil edə bilər və Bəhreyn rejiminin bəzi mövqelərini yenidən nəzərdən keçirməsinə səbəb ola bilər və bu məsələ uzun perspektivdə Bəhreyndəki hakimiyyət ailəsinin hegemoniyasının zəifləməsini təmin edəcək".

Bu siyasi mütəxəssis Ərəbistanın hərbi qüvvələrini Bəhreyndə yerləşdirməsinin və Ali-Xəlifə rejiminə etirazları yatırmaqda yardım etməsinin məqsədi haqqında verilən suala belə cavab verib:

"Ər-Riyad (Səudiyyə Ərəbistanı - red.) inamsızlıq hiss edir və Bəhreyn və Yəməndə ciddi çətinliklərlə qarşı-qarşıya qalıb. Ərəbistanın vəsaitilə dünya miqyasında fəaliyyət göstərən vəhhabi məzhəbinin terrorçuluqla yaxından əlaqəsi var və vəhhabi düşüncəsinin inkişaf etməsi üçün lazımi sosial platforma yaradır. Bu məzhəbin insan haqları sahəsindəki dəhşətli keçmişinə və terrorçuluğun yayılmasında roluna diqqət yetirilməlidir".

Uilyams Yəməndəki proseslər və Səudiyyə Ərəbistanının bu ölkədəki müdaxilələri, Ali-Səud rejimi rəhbərliyindəki koalisiyanın Yəmən xalqına qarşı törətdiyi dəhşətli hücumlara davam etməsi və beynəlxalq cəmiyyətin bu hücumları və cinayətləri necə dayandıracağı haqqında verilən sual üzərinə bu bəyanatları verib:

"Bu barədə kiçik uğurlar əldə edilib. İngiltərə və eyni şəkildə Avropa Parlamentinin təzyiqlərilə, İngiltərə hökuməti Səudiyyə Ərəbistanından diyircək bombaları istifadə etməyi dayandırmasını istəmək məcburiyyətində qoymuşdur və Ər-Riyada edilən hərbi yardımlarda bir çox sual, şübhə və qeyri-müəyyənliklərlə qarşı-qarşıya qalmışdır. Yəməndəki vəziyyət o qədər mürəkkəbdir ki, Səudiyyə oradakı vəziyyəti bir şiə-sünni məsələsi və İrana qarşı aparılan bir güc müharibəsi kimi təqdim etməyin daha asan olduğunu anlamışdır. Pan Ki Mun və BMT Ərəbistanla bağlı nəticələri açıqlayanda, Səudiyyə siyasi və maliyyə nüfuzlarından istifadə edərək bu açıqlamaları susdurdular. İnsan haqları məsələsində bir kampaniya nəticə verə bilər. Səudiyyənin hərbi üstünlüyü xarici ölkələrə bağlıdır. Buna görə qərb ölkələrinə təzyiq etmək onları belə bir dəstəkdən imtina etməyə məcbur edə bilər".


Ali-Xəlifə rejimi Bəhreyndə məzhəb irqçiliyi edir - TƏFƏRRÜAT

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rusiya və İran: ABŞ-ın nüvə müqaviləsinə qarşı münasibəti məsuliyyətsizlikdir
    İran və Rusiya xarici işlər nazirlərinin müavinləri Amerikanın nüvə razılaşmasına qarşı münasibətini məsuliyyətsiz və gərginlik yaradan tendensiya kimi qiymətləndirib.
     20.10.2017
    11 yaşlı qız ABŞ-ın ən gənc alimi oldu - FOTO
    Qitancali Rao bu ilin 3M Gənc Alim Yarışmasını qazanaraq ABŞ-ın bu mükafatı alan ən gənc alimi olub.
     20.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ