EURO 1,8495 NEFT 52,05
USD 1,7025 RUB 0,0299
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:30.03.2017 11:56:08

Ali təhsil müəssisələrinin Qabiliyyət İmtahanı komissiyaları üzrə müsabiqənin şərtləri məlum olub.

I qrup “Memarlıq” ixtisası üçün dövlət büdcəsinin vəsaiti hesabına Bakıda təhsil minimal qəbul imtahan balı 250, Naxçıvanda isə 200, qabiliyyət imtahanının yekun nəticəsi məqbul, ödənişli əsaslarla təhsildə Bakıda oxuyanlar üçün 200, Naxçıvanda isə 100 bal nəzərdə tutulub.
V qrup ixtisasları üçün təsviri sənət istiqamətləri üzrə dövlət büdcəsinin vəsaiti hesabına təhsil üçün 40-60 bal arası, ödənişli əsaslarla təhsildə isə 30-50 arası, musiqi sənəti istiqaməti üzrə dövlət büdcəsinin vəsaiti hesabına təhsil üçün 30-40 arası, ödənişli əsaslarla təhsildə 25-30 arası, memarlıq və dizayn istiqaməti üzrə dövlət büdcəsinin vəsaiti hesabına 60, ödənişli əsaslarla təhsildə 50, teatr, kino və xoreoqrafiya sənətləri istiqamətində dövlət büdcəsinin vəsaiti hesabına 30-70 arası, ödənişli əsaslarla təhsildə 25-60 arası, bədən tərbiyəsi və idman istiqaməti üzrə dövlət büdcəsinin vəsaiti hesabına 45-60, ödənişli əsaslarla təhsildə 30-50 bal nəzərdə tutulub.
Naxçıvan şəhərində təsviri sənət istiqamətləri üzrə dövlət büdcəsinin vəsaiti hesabına təhsil üçün 50, ödənişli əsaslarla təhsildə isə 40, musiqi sənəti istiqaməti üzrə dövlət büdcəsinin vəsaiti hesabına təhsil üçün 30, ödənişli əsaslarla təhsildə 25, teatr, kino və xoreoqrafiya sənətləri istiqamətində dövlət büdcəsinin vəsaiti hesabına 50, ödənişli əsaslarla təhsildə 40, bədən tərbiyəsi və idman istiqaməti üzrə dövlət büdcəsinin vəsaiti hesabına 50, ödənişli əsaslarla təhsildə 40 bal nəzərdə tutulub.
Gəncə şəhərində isə təsviri sənət istiqamətləri üzrə dövlət büdcəsinin vəsaiti hesabına təhsil üçün 40, ödənişli əsaslarla təhsildə 35, musiqi sənəti istiqaməti üzrə dövlət büdcəsinin vəsaiti hesabına təhsil üçün 30, ödənişli əsaslarla təhsildə 25, memarlıq və dizayn istiqaməti üzrə dövlət büdcəsinin vəsaiti hesabına 35, ödənişli əsaslarla təhsildə 25, bədən tərbiyəsi və idman istiqaməti üzrə dövlət büdcəsinin vəsaiti hesabına 40, ödənişli əsaslarla təhsildə 35 bal nəzərdə tutulub.
Qeyd edək ki, V qrup ixtisasları üzrə müsabiqəyə ana dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılırlar.
Xatırladaq ki, I ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan), II ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan), III ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) və IV ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır.

“Report” 


Ali məktəblərin qabiliyyət imtahanının müsabiqə şərtləri məlum olub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranda namizədlərin ilk debatı: Ruhani Qalibafın sözünü kəsdi...
    Dünən İranın prezident seçkilərində iştirak edən namizədlərin ilk debatı keçirilib.
     29.04.2017
    Ruhaninin təbliğat mərasimində İmam Rzanı (ə) təhqir edən aparıcı saxlanılıb
    İran prezidenti Həsən Ruhaninin təbliğat mərasimində İmam Rzanı (ə) təhqir edən aparıcı saxlanılıb.
     29.04.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ