1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:12.08.2017 11:14:02

Hazırda vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Sabunçu-Maştağa-Kürdəxanı yolunun Pirşağı qəsəbəsindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnmiş yol qəzası qeydə alınıb.

Zərərçəkənin ailə üzvlərinin SalamNews-a verdiyi məlumata görə, “Moskviç” markalı avtomaşın yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Cəfərov Murad Vüqar oğlunu vurub. Nəticədə 18 yaşlı gənc ağır bədən xəsarətləri alıb. Yaralı sürücünün qohumunun köməkliyi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, 1999-cu il təvəllüdlü Cəfərov Murad Vüqar oğlu bu il Azərbaycan Turizm və Menecment Universitetinə qəbul olunub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırmalar aparılır, sürücünün izahatı alınıb.


Ali məktəbə yeni qəbul olan gəncin başına bədbəxt hadisə gəldi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tanınmış vəkil təqsirləndirilən şəxs qismində
    Mayın 24-də Bakının Səbael Rayon Məhkəməsi hüquqşünas Aslan İsmayılovu Cinayət Məcəlləsinin 147-ci maddəsi (böhtan) ilə təqsirləndirilən şəxs qismində tanıyıb.
     25.05.2018
    Türkmənistanda yenilik: Polislər tualet və zibilxanalarda qəzet araşdırmalarına başlayacaq
    Polis əməkdaşlarına bu məqsədlə zibillikləri də yoxlamaq göstərişi verilib
     25.05.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ