EURO 1,8883 TRY 0,2957
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:17.04.2019 17:19:50

Azərbaycanda jurnalistlərin peşə fəaliyyətinə mane olma hallarına tez-tez rast gəlinir.

Azərbaycanda jurnalistlərin peşə fəaliyyətinə mane olma hallarına tez-tez rast gəlinir. Aksiyalarda, mitinqlərdə jurnalistlərin əlindən kamerasının alınması, özlərinin polis bölmələrinə aparılması adi hala çevrilib. Lakin bununla iş bitmir. Məhkəmələrdə də jurnalistin işinə əngəllər törədilir. İctimaiyyətdə ciddi rezonans doğuran məhkəmə proseslərinin çoxuna jurnalistlər ya buraxılmır, ya da iclas zamanı zala keçə bilən jurnalistlər müxtəlif maneçiliklərlə rastlaşırlar.

Aprelin 17-də Ali Məhkəmənin 2018-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında buna münasibət bildirən Ali Məhkəmənin sədri Ramiz Rzayev qeyd edib ki, açıq məhkəmə iclaslarında jurnalistlərin fəaliyyətinə mane olmaq düzgün deyil: "İstənilən vətəndaş, o cümlədən jurnalistlər açıq məhkəmə iclasında iştirak edə bilər. Azərbaycanda yalnız iki halda qapalı keçirilən məhkəmə iclası var. Onlardan biri dövlət sirri, digəri isə ailə məsələləri ilə bağlı keçirilən iclasdır".

Jurnalist Aytən Məmmədova isə deyir ki, əslində vəziyyət məmurların dediyi kimi deyil: "Misal kimi, Bakı Hərbi Məhkəməsində hal-hazırda davam edən Hüseyn Abdullayevin cinayət işi üzrə məhkəməni göstərmək olar. Bizi bu prosesdə iştirak etməyə imkan vermirlər. Adətən bizə eyni bəhanə gətirib məhkəmə iclaslarına buraxmırlar. Deyirlər ki, zalda yer yoxdur". Onun sözlərinə görə, belə hallara tez-tez Sabunçu Rayon, Suraxanı Rayon və Bakı Hərbi Məhkəmələrində rast gəlinir: ""Yer yoxdur" ifadəsi sadəcə bəhanədir. Yer olur və bu, hamıya məlumdur. Sanki hakim özü qərar verir ki, iclasda jurnalist iştirak eləsin, ya da eləməsin".

Hüquqşünas Samirə Ağayeva hesab edir ki, jurnalistin məhkəmə iclaslarına buraxılmaması məhkəmənin açıqlıq prinsipini pozur: "Bu prinsip həm ölkə Konstitusiyasında, həm də Cinayət-Prosessual Məcəlləsində təsbit olunub. Məhkəmə iclası açıq keçirilirsə, hər bir vətəndaş həmin iclasda iştirak edə bilər. Hakim məhkəmə iclasını qapalı keçirməyə qərar verirsə, zaldan yalnız jurnalistlər yox, bütün kənar şəxslər çıxmalıdır. Azərbaycan məhkəmələrində isə jurnalistlərin məhkəmə prosesinə buraxılmaması adətən zalda yerlərin olmaması ilə izah olunur. Lakin belə olan halda, bu, yenə də jurnalistlərin problemi yox, dövlətin problemidir ki, məhkəmə açıqlığını təmin edə bilmir".

Qeyd edək ki, qonşu Rusiyada ciddi rezonans doğuran və iştirakçıları çox olan məhkəmə proseslərində jurnalistlər üçün xüsusi otaqlar nəzərdə tutulub. Həmin otaqlara qoyulan monitorlar vasitəsilə media nümayəndələri onlayn rejimdə məhkəmə prosesini izləyə bilirlər.

Həmçinin, bildirək ki, müxalif və müstəqil jurnalistlərin məhkəmə proseslərinə buraxılmaması barədə hakimiyyətin şifahi tapşırığı mövcuddur. Hakimiyyətyönümlü jurnalistlər bu problemlə rastlaşmırlar və adətən rezonans doğuran prosesləri işıqlandırmırlar.(Turan)


Ali Məhkəmənin sədri: Jurnalistlər açıq məhkəmə iclasında iştirak edə bilər - ŞƏRH

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Şirkət Nyu-Orlean Apellyasiya Məhkəməsinə müraciət edib
     05.12.2019
    Türkiyənin tanınmış ilahiyyatçı alimi Alparslan Kuytul azad olundu
    Adana "Furqan" Təhsil və Xidmət Fonduna qarşı istintaq çərçivəsində həbs olunan Alparslan Kuytul azad olunub
     05.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ