EURO 1,9097 TRY 0,2896
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:09.01.2019 12:32:09

İsa İbrahimov çıxış edərək Nardaran hadisələri vaxtı ölkədə olmadığını bildirib və ona qarşı irəli sürülmüş ittihamlarda özünü təqsirli bilmədiyini deyib.

Yanvarın 8-də Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə "Nardaran işi 2" üzrə Bakı Apellyasiya Məhkəməsinin 4 aprel 2018 -ci il tarixli qərarından verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Prosesdə təqsirləndirilənlərdən İsa İbrahimov və vəkil Fariz Namazlı, dövlət ittihamçısı Cövdət Mehrəliyev iştirak ediblər. İsa İbrahimov çıxış edərək Nardaran hadisələri vaxtı ölkədə olmadığını bildirib və ona qarşı irəli sürülmüş ittihamlarda özünü təqsirli bilmədiyini deyib.

Vəkil F. Namazlı əvvəlki instansiya məhkəmələrində İsa İbrahimov və hüquqlarını müdafiə etdiyi digər təqsirləndirilən şəxslərin hüquqlarının pozulduğunu, müdafiə tərəfin heç bir vəsatətinin təmin olunmadığını bildirib.

Qısa sürən müşavirədən sonra məhkəmə heyəti kassasiya şikayətinin təmin edilmədiyini elan edib.

Xatırladaq ki, 2015-ci ilin noyabr 26-da Nardaran kəndində baş verən hadisələr zamanı 100-ə qədər insan həbs olunub, onların da əksəriyyəti Nardaran sakinləri və “Müsəlman Biliyi” Hərəkatının üzvləridir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində 2-si polis olmaqla 6 nəfər ölüb. Nardaran və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə ümumilikdə 70-dən çox insan həbs olunub. Dörd qrupa ayrılan cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. Dekabrın 16-da prokuror çıxışında Elçin Qasımovun 16 il, Ağa Əli Yəhyayevin 16 il, Nahid Qəhrəmanovun 14 il, Ramil Əliyevin 14 il, Elgün Axundovun 14 il, İsa İbrahimovun 14 il, Vüsal Alışın 13 il, Fərhad Muradovun 13 il, Seymur Aslanovun 13 il, Seyfəddin Şirvanovun 13 il, Əli Şahbazovun 13 il, Əmirəli Əliyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 28 dekabr 2017-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi Elçin Qasımov və Ağəli Yəhyayevin 15 il, Ramil Əliyev 14 il, Nahid Qəhrəmanov 13 il, Elgün Axundov, İsa İbrahimov, Vüsal Alış, Fərhad Muradovun hər biri 12,5 il, Seymur Aslanov, Seyfəddin Şirvanov, Əli Şahbazov və Əmirəli Əliyevin 12 il, 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. ("Operativ")


Ali Məhkəmədə “Nardaran işi 2” üzrə proses keçirildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tokayevdən Trampa Çin mesajı
    ABŞ Çinlə davam edən ticarət müharibəsində kompromis tapmalı və Çini çıxılmaz vəziyyətə salmamalıdır.
     18.06.2019
    Gürcüstanda məktəbdə yanğın
    Gürcüstanda məktəbdə yanğın baş verib
     18.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ