1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:01.07.2019 17:19:28

Ali Məhkəmədə Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digərlərinin kassasiya şikayətinə baxılıb.

Ali Məhkəmədə Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digərlərinin kassasiya şikayətinə baxılıb.

Trned-in məlumatına görə, hakim Fərhad Əliyevin sədrliyi ilə keçirilən prosesdə şikayətlər araşdırılsa da təmin edilməyib.

Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də HDQ-nin sabiq komandanı, vitse-admiral Ş.Sultanov həbs edilib.

Onlar Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.

Məhkəmənin hökmü ilə Ş.Sultanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilsə də, ona 3 il sınaq müddəti olmaqla şərti cəza verilib.

 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Kazım Əsgərova Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq ona şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb, Qalib Hacıyevə 2 il sınaq müddəti təyin etməklə 5 il şərti cəza verilib.

Kamandar Paşayev, Vüqar Hacıyev, Əziz Xıdırovun barələrində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq onlara şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb. Digər təqsirləndirilən şəxslərə də şərti cəza verilib.

Yuxarı instansiyalara müraciət edən məhkumlar bəraət hökmünün çıxarılmasını istəyiblər.


Ali Məhkəmə vitse-admiral Şahin Sultanovun şikayətini rədd etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran ABŞ casusunu edam etdi
    Edam edilən şəxs İran MN-in aerokosmik sektorunun keçmiş əməkdaşı olub.
     14.07.2020
    Düşmənin kapitan və mayoru məhv edildi - İtkilərini gizlədə bilmir...
    İşğalçı Ermənistan rejiminin mayor və kapitanı öldürülüb.
     14.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ