EURO 1,9906 NEFT 76,44
USD 1,7 RUB 0,0276
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:01.03.2018 12:42:31

Bu gün Ali Məhkəmədə "Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı və digər 9 nəfərin məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

İslamazeri.com "Report"a istinadən verdiyi xəbərə görə, bu gün Ali Məhkəmədə "Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı və digər 9 nəfərin məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb. Hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, T.Bağırov 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda həbs olunub. İkisi polis olmaqla, 6 nəfərin həlak olduğu həmin əməliyyat nəticəsində T.Bağırovla yanaşı, daha bir neçə şəxs saxlanılıb. Daha sonra AXCP sədrinin müavini F.Qəhrəmanlı da saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırov və Abbas Hüseynov 20 il, Fuad Qəhrəmanlı 10 il, Cabbar Cabarov 19 il, Rasim Cəbrayılov 17 il, Ramin Yarıyev 10 il, Zakir Mustafayev, Cahad Babakişizadə, Aqil Quliyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Bundan başqa, "Nardaran işi" üzrə təqsirləndirilən digər şəxslərə də hökm oxunub. Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib. Taleh Bağırov, Fuad Qəhrəmanlı, Abbas Hüseynov, Zakir Mustafayev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev, Ramin Yarıyev və Aqil Quliyev Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti veriblər. 

Xatırladaq ki, T.Bağırov hazırda Qobustan qapalı həbsxanasında cəza çəkir. Ona qarşı Cinayət Məcəlləsinin 317-2-ci (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması) maddəsi ilə ittiham irəli sürülüb. İttihama görə, onun üzərindən kəsici-deşici əşya tapılıb. O ittihamları rədd edib.

Qaradağ rayon Məhkəməsinin hökmü ilə T.Bağırov 5 ay müddətinə azadlıqdan məhrum edilib. Yeni hökmə əsasən, T.Bağırovun 20 illik cəzasından qalmış 17 il 9 ay 13 gün cəza yeni cəza ilə birləşdirilərək onun barəsində qəti olaraq 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.


Ali Məhkəmə Taleh Bağırovun kassasiya şikayətinə baxıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş İslama dəstək üçün hicab taxdı
    Keşiş bu yolla sağçı-radikal partiya lideri Alis Veydelin sözlərinə cavab verib
     27.05.2018
    Vəhabi krallığın hava limanı uçan aparatla vuruldu, uçuşlar ləğv olundu - VİDEO
    Yəmən Ordusu Səud rejiminin Əbha hava limanının PUA-larla atəşə tutub
     27.05.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ