1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:10.03.2017 11:05:43

"Ruhani alimlərin fəaliyyətinə qoyulmuş məhdudiyyətlər və yaradılmış maneələr cəmiyyətin tərəqqisinə həmişə mənfi təsir göstərir."

 

Vəkil Yalçın İmanov dünən 12 saylı Cəza Cəkmə Müəssisəsində AİP lideri Mövsüm Səmədovla görüşüb. Bu barədə “İslaminSesi”-nə Yalçın İmanovun özü məlumat verib. Müvəkkilinin səhhətinin və əhval ruhiyyəsinin normal olduğunu söyləyən Yalçın İmanov, Mövsüm Səmədovun 5 günlük karsa salındığını və şənbə günü kars müddətinin başa çatacağını bildirib.

Karsa salınma səbəbinin namaz qılması ilə bağlı olduğunu söyləyən vəkil, “bəhanələri də bu olub ki, “barak”da namaz qılmaqla guya daxili intizam qaydalarını pozub və antisanitariya şəraiti yaradıb. Halbuki daxili nizamnamədə belə bir şeyə görə, hər hansı bir cəza nəzərdə tutulmur” - deyə bildirib.

Vəkili onu da qeyd etdi ki, Mövsüm Səmədov tanınmış ruhani alim, Azərbaycan Ruhanilər Məclisinin üzvü Şeyx Sərdar Hacıhəsənlinin həbsinə münasibət bildirərək onunla bağlı baş verənləri pisləyib: “Mövsüm Səmədov bildirdi ki, Şeyx Sərdarın həbsi bütün azadlıqsevər və inanclı insanların haqlı etirazına və hiddətinə səbəb olub. Ruhani alimlərin fəaliyyətinə qoyulmuş məhdudiyyətlər və yaradılmış maneələr cəmiyyətin tərəqqisinə həmişə mənfi təsir göstərir. Bunu biz keçmiş sovet rejiminin simasında çox aşkar formada müşahidə elədik. Ümid edirəm ki, mübariz qardaşımız Şeyx Sərdarın qanunsuz həbsi ictimaiyyətin bir daha etirazına səbəb olacaq. Bizlər də öz növbəmizdə günahsız insanların həbsinə son qoyulmasını istəyirik.”

Xatırladaq ki, M. Səmədov 2011-ci ilin yanvar ayında partiyanın baş məclisində hakimiyyət əleyhinə sərt çıxış etdikdən sonra həbs olunub. O, bir neçə ağır cinayət maddələri ilə ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Mövsüm Səmədov tanınmış yerli və xarici Hüquq Müdafiə Təşkilatları və hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınır.


AİP lideri Mövsüm Səmədov karsa salınıb - SƏBƏB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ucarda “NİVA” yük maşını ilə toqquşub, 3 nəfər ağır xəsarət alıb
    Məlumata görə zərərçəkənlər hərbiçi olan yaxın qohumlarının yanından gəlirlərmiş.
     24.09.2017
    Hacıqabulda yol qəzası: Yaralananlar var
    Hacıqabulda yol qəzasında 3 nəfər yaralanıb.
     24.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ