EURO 2,0342 NEFT 56,86
USD 1,7008 RUB 0,0294
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:15.07.2017 10:24:26

AİP-in sədr müavini olmuş ilk hicab şəhidi Hacı Vaqif Abdullayevin vəfatının 5-ci ildönümü münasibəti ilə Azərbaycan İslam Partiyası (AİP) anım tədbiri keçirib.

Tədbirə ölkənin tanınmış ruhaniləri, siyasi partiya və təşkilat rəhbərləri, eləcə də ictimaiyyət və media nümayəndələri qatılıblar. Tədbir Quran tilavəti ilə açıq elan edilib.

İlkin olaraq çıxış edən AİP fuksioneri Hacı Akif Heydərli bildirdi ki, Hacı Vaqif Abdullayev AİP lideri Mövsüm Səmədovun 2011-ci il yanvar ayının 2-də hakimiyyətinin islamofobiya, öz başınalıq və qanunsuz əməllərini kəskin tənqid etdikdən sonra yanvar ayının 7-də bir neçə partiya funskioneri ilə birgə saxta ittihamlarla həbs olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edildi.

Vaqif Abdullayevin həbsindən sonra onun ölüm düşərgəsinə göndərildiyini söyləyən Akif Heydərli, “belə ki, o daş karxanalarının ortasında yerləşən 14 saylı CÇM-nə göndərildi. Asma-bronxitdən əziyyət çəkən Vaqif Abdullayevin məhz ora göndərilməsi, məhz onun həyatına yönəlmiş sui-qəsd idi. Nəticədə qısa müddətdən sonra onun səhhəti pisləşdi və Penitensiar Xidmətin Müalicə Mərkəzinə köçürüldü”, - deyə bildirdi:

“2012-ci il may ayında Hacı Vaqif Abdullayevin qan xərçəngi ilə bağlı müalicə başlandığı bildirilsə də, indiyə qədər sözügedən müalicə prosesi ilə bağlı heç bir rəsmi izah və açıqlama verilməyib. O xəstəxanada olduğu müddətdə ailəsi ilə görüşünə icazə verilmədi. Hətta ölümünüə bir gün qalmış belə, ailəsi yanına buraxılmadı.”
Hacı Akif Heydərli onu da bildirdi ki, bütün məhdudiyyətlərə və zülmlərə baxmayaraq şəhid Vaqif Abdullayev öz yolundan dönmədi və şəhidlik məqamına yüksəldi. Bununla da o, Azərbaycan xalqının və bütün möminlərin qəlbinə həkk edildi.
Daha sonra çıxış edən Azərbaycan İslam Partiyasının sədr əvəzi, ilahiyyatçı alim Hacı İlham Əliyev bildirib ki, Hacı Vaqif Abdullayev əvvəldən tutduğu haqq-ədalət yolunda sabitqədəm olub. AİP-in sədr əvəzi şəhidlik və bu uca zirvənin məqamı haqda danışıb. İslam dininin şəhidə və şəhidlik məqamına verdiyi qiymətdən söz açıb. Allah Quran-Kərimdə buyurur: Allah yolunda öldürülənlərə ''ölü'' deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu anlamırsız. (Quran, Bəqərə-154). İlahiyyatçı əlavə edib ki, bütün ibadətlər, itaətlər insanın xoşbəxtliyə nail olması üçündür:

“İstər-istəməz hər bir insan bu dünya ilə vidalaşır. Amma Allah yolunda, Allahın istədiyi meydanda bu dünya ilə vidalaşmaq ölümlərin ən yaxşısıdır. Ağıllı insan məhz bu haqda fikirləşməlidir. Çünki ən şərəfli ölüm Allah yolunda canını fəda etməkdir. Bu cür ölümdən fəzilətli heç nə yoxdur”.
İmam Səccad (ə) öz kəlamında buyurur: “Biz Allah yolunda öz canımızdan, qanımızdan keçməyə adət etmişik. Allahın dini təhlükədə olduqda, öz canımızdan keçib İslamı qoruyub saxlayarıq. Bizim üstünlüyümüz məhz şəhadətdir”.

Hacı İlham Əliyev çıxışını davam etdirərək vurğulayıb ki, bu gün də İslam dini yolunda öz canını qurban verən fədakar insanlar var: “ Bu insanlar Əhli-Beyt məktəbinin məzunları, İslam təlim-tərbiyəsi altında böyüyən Hacı Vaqif Abdullayev kimi şəxslərdir. Ona görə də, onlar öz canlarını İslam dini yolunda fəda edirlər. Sevinirik ki, bizim bu cür ağsaqqallarımız olub. Bu gün biz də o cür şəxsiyyətlərin yolunu davam etdirdiyimiz üçün fəxr edirik”.

Çıxışının sonunda Hacı İlham Əliyev ömrümüzün sonunun xoşbəxtçilik və şəhadətlə bitməsini Allahdan diləyib. Bundan böyük dua olmadığını diqqətə çatdırıb.

Sonda çıxış üçün sözü Hacı Vaqif Abdullayevin dostu olmuş Nardaran Ağsaqqalı Hacıağa Nuriyə verildi. O, çıxışı zamanı bildirdi ki, Vaqif Abdullayev yaxşı dost, ailə başçısı olmaqla yanaşı, həm də ki, işi ilə bağlı məsuliyyətli adam idi: “Onun indiyə qədər yoruldum və ya qorxuram deyə bir sözünü eşitmədim. Bəzi vaxtlarda partiya rəhbərliyi müəyyən səbəblərdən olmayanda aylarla Hacı Vaqif partiyanın işlərinin öhdəsindən böyük məsuliyyətlə və şərəflə gəlirdi. O, pak, şərəfli, sadə mərhəmətli və şücaətli insan idi. Sonunda ölümü də həyatı kimi gözəl oldu və şəhadət məqamına ucaldı.”

İslamınsesi.info


AİP hicab şəhidi Vaqif Abdullayevin ildönümü ilə bağlı anım mərasimi keçirib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin açılışını etdi
    Prezident İlham Əliyev sentyabrın 24-də Neftçala Sənaye Məhəlləsinin açılışında iştirak edib.
     24.09.2017
    Aldadıb 13 min manatını əlindən aldı - Bakıda
    Bakıda dələduzluq hadisəsi baş verib.
     24.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ