EURO 2,0948 NEFT 69,82
USD 1,7001 RUB 0,0302
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:06.01.2018 21:21:49

AİP sədri hacı Mövsüm Səmədovun həbsindən 7 il keçir. Azərbaycan İslam Partiyası bununla bağlı tədbir keçirib.

İslaminSesi.info xəbər verir ki, hacı Mövsüm Səmədovun həbsinin 7 illiyi ilə bağlı tədbirdə AİP funksionerləri, müxtəlif partiya və təşkilat rəhbərləri, ruhani və alimlər, ictimaiyyət və media mənsubları iştirak ediblər.

AİP-in mənzil qərərgahında baş tutan tədbirdə Mövsüm Səmədovun keçdiyi həyat yolundan, məhbəs həyatından, vətəni və xalqı üçün göstərdiyi xidmətlərdən söz açılıb. Tədbir Qurani Kərimin tilavət olunması ilə başlayıb. Daha sonra tədbirdə giriş nitqi ilə Azərbaycan İslam Partiyasının sədr əvəzi, ruhani alim hacı İlham Əliyev çıxış edib. O, bildirib ki, Azərbaycanda hələ də zülmə, ədalətsizliyə göz yuman məmurlar hakimiyyətin yüksək postlarında vəzifə tuturlar. Belə olmasa idi, bir neçə dəqiqəlik fikirlərinə görə, AİP lideri hacı Mövsüm Səmədov 12 il cəza almazdı. 

Hacı İlham Əliyev qeyd edib ki, Doktor Səmədova qarşı həbsxanada da davam edən təzyiqlər acizliyin əlamətidir. Lakin AİP lideri bütün bu zülmün qarşısında dik dayanmağı və əhval-ruhiyyəsini yüksək tutmağı bacarıb. Özü zindanda olsa da, hacı Mövsüm Səmədovun düşüncələri və amalı cəmiyyətdə yaşayır. 
AİP-in sədr əvəzi İranda baş verən son hadisələrə də toxunub. O, bildirib ki, İran İnqilabı mömin xalqların imanından gələn bir inqilabdır və İslam Respublikasında İslam dini hökmranlıq edir. Ona görə də, bütün xalq İran İslam Respublikası rəhbərliyinin ətrafında sıx cəmləşib və mövcud hakimiyyəti yüksək səviyyədə müdafiə edir. 

Tədbirdə daha sonra çıxış üçün söz Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevə verilib. O, bir müddət öncə AİP lideri Mövsüm Səmədovla həbsxanada görüşməsindən söz açıb. Bildirib ki, Doktor Səmədova qarşı yönələn təzyiqlər onu zərrə qədər də sarsıtmayıb və əhvalına təsir etməyib. Eldəniz Quliyev çıxışında AİP liderinin və günahsız yerə həbs olunan digər inanclı insanların azadlığa qovuşması istiqamətində real addımların atılmalı olduğunu dilə gətirib. 

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bu cür tədbirlərin keçirilməsinin mənəvi əhəmiyyətindən söz açıb. QAT sədri bildirib ki, ölkənin bəzi hüquq müdafiəçiləri inanclı kəsimin, din xadimlərinin həbsi ilə bağlı yetərli münasibət sərgiləmirlər və bu məsələlərə dırnaqarası yanaşırlar. Lakin bu birtərəflilik aradan qaldırılmalı və ədalətli mövqe sərgilənməlidir. Akif Nağı Hacı Mövsüm Səmədovla tanışlığından da söz açıb. AİP liderinin ölkənin bütün taleyüklü məsələlərində, xüsusən Qarabağ münaqişəsi ilə bağlı dəyərli fikirlər ortaya qoyduğunu dilə gətirib. 
Tədbirdə çıxış edən AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova da Hacı Mövsüm Səmədova və həbsdə olan digər ruhanilərə qarşı yönələn təzyiqləri kəskin şəkildə pisləyib. Günahsız yerə həbs olunan bütün inanclıların tezliklə azadlığa qovuşmasını Allahdan arzu edib. 


Tədbirdə söz alan Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli Azərbaycanda İslama olan basqıdan danışıb. O, bildirib ki, Allahın insanlar üçün göndərdiyi düz yolu tapıb getmək hər kəsə qismət olmur. Hacı Mövsüm Səmədov bu yolda iri addımlarla irəliləyən, milli-mənəvi dəyərləri özündə birləşdirən ziyalı şəxsiyyətdir. Ona qarşı yönələn təzyiqlər isə Haqq və batilin mübarizəsinin bariz nümunəsidir. Rövşən Əhmədli bildirib ki, zindan məğlubiyyət demək deyil və sonda Haqqın qələbəsi mütləqdir. 
Daha sonra tədbirdə çıxış edən AİP lideri Mövsüm Səmədovun xanımı Mehparə Səmədova, AİP funksioneri Akif Heydərli, Nardaran ağsaqqalı Natiq Kərimov və digər qonaqlar Doktor Səmədov və həbsdə olan digər ruhanilərin mübarizə əzmindən, onlara qarşı yönələn təzyiqlərdən söz açıblar. Günahsız həbsə məhkum edilən bütün insanların tezliklə azadlığa qovuşmasını Allahdan diləyiblər.


AİP hacı Mövsüm Səmədovun həbsinin 7 illiyi ilə bağlı tədbir keçirib - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Myanmada 100 il tarixi olan məscid söküldü
    Myanmada 100 ildən daha çox tarixi olan bir neçə məscid
     24.01.2018
    Müsəlmanların dünyanı dəyişmiş ixtiraları  - FOTO
    Nə yazıq ki, bu dühaların çoxunun adlarını ya bilmirik, ya da bilməyə çalışmırıq.
     24.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ