1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:07.12.2017 13:46:32

AİP Donald Trampın Qüds qərarı ilə bağlı etiraz bəyanatı yayıb.

İslamazeri.com xəbər verir ki, Azərbaycan İslam Partiyası ABŞ-ı dünyadan təcrid etməyə çağırdı. "İslaminSesi"nə daxil olan etiraz bəyanatında deyilir:

Amerika prezidenti Donald Trampin Qüdsü İsrailin paytaxtı kimi rəsmən tanıması beynəlxalq aləmi saymazlıqdan, müsəlman dünyasına hörmətsizlikdən, bəşəriyyəti imtahan sınağına çəkmək cəhdindən irəli gələn bir təzaddır. Bu ağılsız addım eyni zamanda dünyanı qarışdırmaqla istər İsrailin, istərsə də Amerikanın məncə sonunu yaxınlaşdırmağa xidmət edir.

Qüds müsəlmanların ilk qibləgahı, Fələstinin tarixi paytaxtı, hüquqi statusu isə BMT tərəfindən müəyyənləşmiş toxunulmaz, sabit bir məkandır. Trampın qərarı bütün bu amilləri saymazlıqdan irəli gəlsə də İran,Türkiyə, Misir, BMT və Avropa Birliyi olmaqla, Almaniya, Fransa, İngiltərə, Çin, İtaliya, Boliviya və dünyanın bir sıra digər ölkələri bu qərara etirazlarını bildirmişlər.

Digər tərəfdən Trampın bu qərarı bütövlükdə Amerikanın dünyada sülhə vurduğu ziyanı çılpaqlığı ilə açmış oldu. Artıq bu qitə dünyaya sülh deyil, müharibə ixracatçısı olduğuna heç bir sübut qalmadı. İllərcə Fələstin-İsrail münaqişəsini həll etmək missiyasını üzərinə götürən ABŞ sonda əsl mahiyyətini büruzə verdi, necə deyərlər, xoruzun quyruğu göründü.

Dünya xalqları, o cümlədən də ölkəmiz Amerikanın belə yanlışlıqlarından nəticə çaxarmalı, operativ olaraq mövcud vəziyyəti diqqətlə nəzərdən keçirməlidirlər.
Azərbaycan İslam Partiyası olaraqdünyanın sülhsevər xalqlarını, müsəlman dövlətlərinin rəhbərlərini ABŞ prezidenti Donald Trampın təxribat xarakterli qərarına, bəşəriyyətə qarşı hörmətsizliyinə kəskin etiraz bildirməklə, bu şər qitə ilə bütün iqtisadi, siyasi, mədəni əlaqələri kəsməyə, dünyada sülh, əminamanlıq naminə ABŞ-ı bütün istiqamətlərdə təcrid vəziyyətinə gətirməyə çağırırıq.


AİP Donald Trampın Qüds qərarı ilə bağlı etiraz bəyanatı yayıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tanınmış vəkil təqsirləndirilən şəxs qismində
    Mayın 24-də Bakının Səbael Rayon Məhkəməsi hüquqşünas Aslan İsmayılovu Cinayət Məcəlləsinin 147-ci maddəsi (böhtan) ilə təqsirləndirilən şəxs qismində tanıyıb.
     25.05.2018
    Türkmənistanda yenilik: Polislər tualet və zibilxanalarda qəzet araşdırmalarına başlayacaq
    Polis əməkdaşlarına bu məqsədlə zibillikləri də yoxlamaq göstərişi verilib
     25.05.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ