EURO 1,9474 NEFT 76,31
USD 1,7 RUB 0,026
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:08.08.2018 11:24:29

Dünən ilahiyyatçı Hacı Abgül Süleymanovun ailəsi 2 saylı CÇM-də onunla görüşüb

Dünən ilahiyyatçı Hacı Abgül Süleymanovun ailəsi 2 saylı CÇM-də onunla görüşüb. Orada baş verənlər haqda ruhani həyat yoldaşına danışıb.

İslamazeri.com-a danışan ruhaninin həyat yoldaşı  Hacı Abgül Süleymanovun hələ də, cəzaçəkmə müsəssisəsinə buraxılmadığını bildirib.

"Hacı zonda baş verənləri bizimlə bölüşdü. Dediki, zona gələn kimi rəhbərlik onunla görüşüb. Ondan çıxışlarına görə, peşman olması haqda sual soruşublar. O "haqq sözlərimə görə, heç vaxt peşman olmamışam və olmayacam" - deyib. Bundan sonra onu cəza kamerası - "kars"a salıblar. Kars müddəti bitdikdən sonra yenə karantinə gətiriblər. Dünən (7 avqust) karantin müddəti bitməsinə baxmayaraq cəzaçəkmə müəssisəsinə buraxmadılar. Təzyiqlər və basqılar onun ruhiyyəsində təsir etməsə də, cismi narahatçılıqlar və xəstəliyinə görə, bizdən gizlətsə belə, narahatlığını hiss etdim.", -deyə ruhaninin həyat yoldaşı Zəhra Süleymanova önə çəkib.

Ruhaninin həyat yoldaşı bu təzyiqlərlə bağlı yuxarı instansiyalara müraciət edəcəklərini və bu məlumatı oxuyan bütün insan haqları müdafiəçilərinə işlə bağlı maraqlanmağı xahiş edib.


Ailəsi CÇM-nə buraxılmayan Abgül Süleymanovla görüşdü - "Zon"da nə baş verib?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • AST Telman Putinə 12 səhifəlik məktub yazdı
    Müflis olan azərbaycanlı iş adamı Telman İsmayılov Rusiya prezidenti Vladimir Putinə məktub yazıb.
     23.10.2018
    Çin dünyanın ən uzun dəniz körpüsünü istifadəyə verdi
    Dünyanın ən uzun dəniz körpüsü istifadəyə verildi.
     23.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ