1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:29.07.2019 10:41:06

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 27 iyul 2019-cu il tarixdə üçüncü ixtisas qrupu üzrə bakalavr pilləsinin “İslamşünaslıq” ixtisasına müsahibə başladı

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 27 iyul 2019-cu il tarixdə üçüncü ixtisas qrupu üzrə bakalavr pilləsinin “İslamşünaslıq” ixtisasına müsahibə başlayıb.  Müsahibə 27 iyul - 2 avqustadək davam edəcək.

İnstitutdan Trend-ə bildirilib ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yaradılan Dini-Psixoloji Komissiya abituriyentlərin dünyagörüşü səviyyəsini, psixoloji vəziyyətini, yaradıcı təfəkkürü, insanlarla ünsiyyət bacarığı və İslamşünaslıq ixtisasına maraqlarını müəyyənləşdirərək qiymətləndirir.

Xatırladaq ki, qabiliyyət imtahanına buraxılış balı 150 (yüz əlli) olaraq müəyyənləşdirilib. Ümumilikdə 131 nəfər abituriyent qeydiyyatdan keçib.

Dini-Psixoloji Komissiyanın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər, psixoloqlar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan İlahiyyat İnstitutun və DİM-in əməkdaşları daxil edilib.

Məlumat üçün bildiririk ki, 27 iyul 09:00-dan başlayan qabiliyyət imtahanı avqustun 2-dək Bakı şəhəri Əhməd Cəmil, 41/A ünvanında – Bakı Dövlət Universitetinin keçmiş İlahiyyat fakültəsinin inzibati binasında keçiriləcək.

 

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunda təhsil tam ödənişsizdir. Aİİ Azərbaycan xalqının tarixi ənənələrə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyət sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təmin edilməsi məqsədilə müasir təhsil standartları və müvafiq sahədə dünya təcrübəsi əsasında fəlaiyyət göstərir.

İnstitutda müasir sosial elmlərin metodları əsasında İslamla yanaşı, digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, həmçinin, dini elmlərlə yanaşı fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm və s. sosial və humanitar elmlər də tədris olunur.


Aİİ-də İslamşünaslıq ixtisası üzrə qəbulla bağlı müsahibə başladı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstanda azərbaycanlı tələbə suda boğulub
    Azərbaycan vətəndaşı Gürcüstanda suda boğulub.
     24.08.2019
    Fələstində
    Dünən cümə günü də 71-ci "Geri Qayıdış" yürüşü keçirilib
     24.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ