1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:26.10.2016 10:10:10

"Onların dəymiş zərəri lazımi qədər dəyərləndirməməsindən qorxuruq."

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, Beynəlxalq Hüquq-Müdafiə Təşkilatı “Amnesty International” bildirib ki, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın 2 il ərzində Suriyada İŞİD terror təşkilatı mövqelərinə endirdiyi hava zərbələri nəticəsində təxminən 300 dinc sakin ölmüş, yüzlərlə sakin isə yaralanmış ola bilər.

Suriyada zərbələr endirən ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri özlərinin keçirdiyi əməliyyatlar zamanı dinc əhali arasında olan qurbanlar haqda əsaslı şəkildə araşdırma apararaq, onun nəticələrini ictimaiyyət üçün açıq etməlidir. Təşkilatımız tərəfindən koalisiyanın tədqiq edilmiş 11 hücumu nəticəsində görünür ki,  koalisiyanın özünü İŞİD adlandıran silahlı terror təşkilatına iki il ərzində endirdiyi hava zərbələri nəticəsində təxminən 300 dinc sakin həlak olub.”, - deyə “Amnesty International"ın saytında deyilir.

 Hüquq-müdafiə təşkilatı ABŞ Müdafiə Nazirliyinə aşkar edilmiş məlumatlara dair memorandum göndərib. Lakin təşkilat bununla bağlı hələ cavab almayıb. Hüquq müdafiəçilərinin məlumatına əsasən, koalisiya qüvvələri “AI” tərəfindən qeyd edilmiş azı 11 hadisə ilə bağlı daxili araşdırmaya başlayıb. Lakin sentyabr ayının 26-sına olan məlumatlara əsasən, ABŞ Mərkəzi Komandanlığı bu hadisələr nəticəsində yalnız 1 nəfər mülki şəxsin öldüyünü mümkün hesab edib.

 “Biz ABŞ-ın başçılıq etdiyi koalisiyanın, onların Suriyada keçirdiyi əməliyyatlar nəticəsində dinc sakinlərə dəymiş zərəri lazımi qədər qiymətləndirməməsindən ehtiyat edirik.”, - deyə “Amnesty International”ın Beyrutda olan Regional Araşdırmalar üzrə Ofisinin direktor müavini Linn Maalif bildirib.


Aİ koalisiyanın Suriyaya hücumu zamanı ölən vətəndaşların sayını açıqladı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ölkədə çaylardakı vəziyyət açıqlandı
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti son 10 gün üzrə çaylarda sululuq səviyyəsini açıqlayıb
     18.02.2018
    Qadınlar bunu təkrar etməsin; Pəncərəni silən
    "Alpinist" ev xanımı internetdə məşhurlaşıb. Rusiyada bir qadın eyvanın pəncərələrini silmək üçün həyatı ilə risk edib. O, heç bir sığorta olmadan 5-ci mərtəbənin eyvanının kənarına çıxıb.
     18.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ