XƏBƏRDARLIQ PƏNCƏRƏSİ

Məlumatı əldə etmək üçün 18 yaşından böyük olmağınız lazımdır...

BƏLİ, 18 YAŞINDAN BÖYÜYƏM XEYR, 18 YAŞINDAN KİÇİYƏM
EURO 1,8816 TRY 0,2946
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:18.06.2019 15:31:14

Elnur Süleymanovun “Kalaşnikov” avtomatı ilə törətdiyi qətliama dair videomüşahidə kameralarının qeydə aldığı görüntülər yayılıb

Ötən gün Ağstafanın Böyük Kəsik qəsəbəsindəki bazarda rayonun Sadaxlı sakini Elnur Süleymanovun “Kalaşnikov” avtomatı ilə törətdiyi qətliama dair videomüşahidə kameralarının qeydə aldığı görüntülər yayılıb.

Virtualaz.org xəbər verir ki, BAKU.WS tabloidində yayılmış görüntülərə əsasən E.Süleymanov avtomatı “Niva” markalı avtomobilin yük yerindən çıxarır, bu vaxt avtomobilin düz qarşısında dayanmış iki kişi və bir qadın qaçmağa başlayır. E.Süleymanov həmin şəxslərin qaçdığı istiqamətə atəş açmağa başlayır və qadın yerə yıxılır. O, atəş açmaqda davam edir.

Lakin E.Süleymanovun öldürdüyü şəxslər  “Niva”nın qarşısında dayananlar olubmu, burası məlum deyil. Xatırladaq ki, E.Süleymanov həbsdən bu yaxınlarda çıxmış Şəmsəddin və Novruz Musayev qardaşlarını, habelə onların anasını şəxsi qisas zəminində qətlə yetirib. Bu zaman rayon sakini, qan düşmənçiliyinə bağlılığı olmayan Zeynəb Cəlilova da aldığı güllə yarasından ölüb. Daha 3 nəfər yaralanıb. 

Bazardakı satıcılardan birinin dediyinə görə, E.Süleymanov səhər tezdən maşını bazarın qarşısında saxlayıb. Görünür şübhə oyandırmamaq üçün yaxınlıqdakı piştaxtadan pomidor alıb və “Niva”nın yük yerinə qoyub. Daha sonra Musayev qardaşlarını gözləməyə başlayıb.

Şəmiddin və Novruz Musayev qardaşları 2007-ci idə Elnur Süleymanovun atasını və əmisini torpaq davası üstündə qətlə yetiriblər. Onlar həbsxanadan bir neçə ay əvvəl çıxıblar. Qardaşlardan daha biri- həmin qətlin bilavasitə iştirakçısı Rüfət Musayev isə ömürlük həbs cəzası aldığı üçün həbsxanadadır. 

DİN-in 2007-ci ildə törədilmiş həmin qanlı cinayətə dair yaydığı rəsmi məlumatda belə deyilirdi: “Ağstafa rayonunun ərazisində “Ceyrançöl” adlanan ərazidə fermer təsərrüfatı ilə məşğul olanlar - rayonun Sadıqlı kənd sakinləri Şəmiddin Musayev, onun qardaşları Rüfət və Novruz, qonşuları Ramiz Süleymanov, onun qardaşı Rasim, əmisi oğlu Taleh, qohumları Eldar Mikayılov və qardaşı Kamilin arasında münaqişə baş verib. Bu zaman Rüfət ov tüfəngindən atəş açaraq Rasimi öldürüb, Talehə və Ramizə isə bıçaqla xəsarət yetirib. Xəsarətlə xəstəxanaya yerləşdirilən Ramiz orada vəfat edib, Talehin vəziyyəti isə ağırdır. Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Şəmsəddin, Novruz və Rüfət Musayev qardaşları tutulub, onlardan bir ov tüfəngi və 1 ədəd bıçaq götürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır”.


Ağstafada törədilən qətlin VİDEOsu yayıldı: Avtomatı Nivadan götürüb atəş açdı - 18+

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzindən siyasi və dini liderlərə müraciət
    Qafqaz Müsəlmanları İdarəsi nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb.
     23.08.2019
    QMİ sədri Çeçenistana gedib
    Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir
     23.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ