1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:31.01.2020 11:16:36

"2 xəstənin ölümünün heç bir virusla bağlılığı yoxdur"

Cümə axşamı günü Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonologiya şöbəsinə yanvar ayında daxil olmuş "2 xəstənin ölümünün heç bir virusla bağlılığı yoxdur",- deyə Baş infeksionist Cəlal İsayev bildirib.

BBC News Azərbaycancaya məlumat verən Cəlal İsayev institutda baş verən ölümləri əsasən xəstələnmiş şəxslərin "vəziyyət ağırlaşdıqdan sonra" xəstəxanaya getmələri ilə izah edib.

"Bu gün dünyasını dəyişmiş xəstələrdən biri keçmiş vərəm xəstəsi olub, bronxial astması olub, tənəffüs yollarının tutulması olub, yəni tənəffüs çatışmamazlığı inkişaf edib, xəstə tələf olub. Bu, adətən, yaşlı adamlarda müşahidə olunan vəziyyətdir. Digər xəstə isə sətəlcəmdən dünyasını dəyişib. Nə mənşəli sətəlcəm olmasını isə deyə bilmərəm", - deyə C. İsayev deyib.

Cümə axşamı günü Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) BBC-yə Ağciyər İnstitutunda iki nəfərin ölümü ilə bağlı məlumat verib.

TƏBİB institutda baş vermiş xəstə tələfatının koronavirusla heç bir əlaqəsinin olmadığını bildirib.


Ağciyər Xəstəlikləri İnstitutunda iki nəfər ölüb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ənsarullahın Səudiyyəyə göndərdiyi fələstinlilərlə bağlı mesaja Həmas-dan cavab
    Həmas Yəmənin Ənsarullah hərəkatına təşəkkür edib
     28.03.2020
    Vəkili Tofiq Yaqublu ilə görüşüb
    Vəkil Elçin Sadigov Tofiq Yaqublu ilə görüşüb.
     28.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ