1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:13.06.2017 11:52:56

Albinizm Məsələləri üzrə Assosiyasiyanın başçısı afrikalı albinosların çətin vəziyyəti ilə bağlı danışıb.

İslamazeri.com-un türk mediasına istinadən verdiyi xəbərə əsasən, keniyalı albinos insanların ən əsas düşməni afrikalı cadugərlərdir. Cadugərlər albinoslar qaçırırlar və daha sonra da onların daxili orqanlarını əldə etmək üçün əsirlərini öldürürlər. Buna görə də, albinoslar öz problemlərini Keniya hökumətinə çatdırmaq istəyirlər.

Ən təhlükəli vəziyyət içərisində məhz afrikalı albinoslardır. Bəzi Afrika ölkələrində varlanmaq, “xoşbəxt ailə” qurmaq və sağlam olmaq üçün onları öldürürlər.

Albinizm Məsələləri üzrə Assosiyasiyanın başçısı Daniel Omeno bildirib ki, Keniyada yaşayan albinoslar cadugərlər tərəfindən qaçırılaraq Tanzaniyaya aparılırlar. Orada isə onları öldürürlər.

Belə bir xürafat inanc var ki, bəs dərilərinin rənglərinə görə afrikalılardan fərqlənən albinoslar xüsusi qüvvəyə sahibdirlər. Onların bu gücü QİÇS xəstəliyini müalicə etməyə və varlanmağa imkan verir. Elə bu məqsədlə də, onların daxili orqanlarını əldə etmək üçün onları qaçıraraq öldürürlər. Həmin orqanlardan isə sonradan cadularda istifadə olunur.”, - deyə Omeno bildirib.

Onun sözlərinə görə, Keniyada 10 mindən çox albinos var. Onlar da tez-tez problemlərlə üzləşməli olurlar. Ən çox da onlar cəmiyyətdə “gözüm-çıxdıya salınırlar”, bu səbəbdən də təhsil ala və ya iş tapa bilmirlər.

Hazırda vəziyyət az da olsa yaxşılaşıb. Lakin 10 il öncə insanlar albinoslardan qorxurdular.

Qonşu Tanzaniyada 2000-ci ildən bəri ən azı 75 min albinos qətlə yetiriblər.

Albinizm (lat. alba - ağ ) anadangəlmə dəriyə rəng verən piqmentin olmaması xarakterizə olunan, dəridə melanin əmələ gətirən melanositlərin çatışmazlığı və ya olmamasıdır. Nadir rast gəlinən və insanların marağına səbəb olan nadir xəstəliklərdən biridir. Belə insanlar (və ya digər canlılar) dərisi ağ rəngli olmaqla, ətrafdakıların diqqətini öz üzərlərinə cəmləyirlər. Onlar elmi dildə “albinos” adlanır. Albinizm xəstəliyinə tutulanlardan çoxu bunu kompleks hesab etsə də, bəziləri insanların reaksiyalarına alışdığını söyləyir.


Afrikalı albinoslar - cadugərlərin “xoşbəxtlik” açarı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • UEFA “Qarabağ”ın kapitanından şikayətlə bağlı qərar verdi
    Məlumata görə, etiraz məktubu əlavə əsaslandırma göstərilmədən rədd edilib.
     17.08.2017
    KİV: Telman İsmayılovun ən bahalı hoteli bağlanacaq
    “Hotel işləyir. Müəyyən problemlərimiz var, bəzi işçilərimizlə vidalaşmalı olmuşuq. Lakin hazırda burada 670 əməkdaş çalışır. Biz bağlanmayacağıq”.
     17.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ