EURO 1,9671 NEFT 74,37
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:15.06.2017 10:40:10

"Əş-Şəbab" terrorçuları restorana hücum ediblər.

İslamazeri.com-un AFP-yə istinadən verdiyi xəbərə əsasən, terrorçular Somalinin paytaxtı Moqadişo şəhərində yerləşən restorana hücum ediblər. Hadisə nəticəsində 18 nəfər həlak olub.

Hadisə paytaxtında mərkəzində içərisi partlayıcı ilə dolu avtomobilin partlaması nəticəsində baş verib. Hadisə yerinin düz yanındakı mehmanxanada isə şəhərin yeganə diskotekası yerləşir. Partlayışdan sonra orada atışma başlayıb. Terrorçular oteldə barrikada quraraq, orada olan insanları girov götürüblər.

Məlumata əsasən, hücum bu gün səhər saatlarında sona çatıb.

Əməliyyat hazırda sona çatıb. Təhlükəsizlik qüvvələri əməkdaşları terrorçuları öldürüblər.”, - deyə Somali Təhlükəsizlik Nazirliyinin nümayəndəsi bildirib. O qeyd edib ki, hücum zamanı 10-dan çox insan xəsarət alıb, ölənlər arasında Suriya vətəndaşı da var.

Hücumun məsuliyyətini “Əş-Şəbab” terror təşkilatı öz üzərinə götürüb. Adıçəkilən qruplaşma Somalidə ölkənin mərkəzi hakimiyyətinə qarşı silahalı mübarizə aparır və BMT-in humanitar fəaliyyətinə mane olur.


Afrikada vəhabi terrorçular dinc insalara hücum etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Yəməndə daha bir Səudiyyə rejimi komandanı məhv edildi
    Yəmən Ordusunun mətbuat katibi, təcavüzkarların Hudeydə hava limanına çata bilmədiyini və buranın Yəmən ordusu və xalq qüvvələrinin tam nəzarəti altında olduğunu bildirib.
     20.06.2018
    Azərbaycanda pambıq sahəsində yenidən kütləvi zəhərlənmə
    Yevlax rayonundakı pambıq sahələrindən birində növbəti kütləvi zəhərlənmə hadisəsi baş verib.
     20.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ