1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:01.12.2017 18:00:37

AFFA danışılmış oyunlarla bağlı bəyanat yayıb.

İslamazeri.com qurumun rəsmi saytına istinadən xəbər verir ki, rəsmi açıqlamada deyilir: “Danışılmış oyunlarla və onların mümkün fəsadları ilə bağlı AFFA tərəfindən klublar və futbol ictimaiyyəti üçün mütəmadi şəkildə maarifləndirmə işləri aparılır. Bununla əlaqədar, sonuncu belə tədbir prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə klub nümayəndələri üçün AFFA-nın inzibati binasında noyabrın 13-də keçirilib və idman oyunlarının nəticələrinin manipulyasiyası və danışılmış oyunlar barədə hərtərəfli məlumat verilib. Eləcə də, AFFA-nın son Konfransında idman oyunlarının nəticələrinin manipulyasiyası mövzusunda məlumatlar futbol ictimaiyyətinin diqqətinə çatdırılıb. Ötən mövsüm danışılmış oyunlarla bağlı UEFA-dan daxil olmuş məlumatlar və AFFA-nın apardığı araşdırmalar nəzərə alınaraq, I Divizionda çıxış edən bir neçə klub, futbolçu, inzibati işçilər və hakimlə bağlı İntizam Komitəsinin qərarına uyğun olaraq, müvafiq cəzalar tətbiq olundu. Danışılmış oyunlar dünyanın, demək olar ki, bütün ölkələrində rast gəlinən neqativ haldır və AFFA idman oyunlarının nəticələrinin manipulyasiyasına qarşı mübarizə aparan müvafiq orqanlarla hərtərəfli əməkdaşlıq etməyə, onlara dəstək verməyə hər zaman hazırdır. Danışılmış oyunlarla bağlı məsələlər qanunvericilikdə də nəzərdə tutulduğu üçün, təbii ki, hüquq-mühafizə orqanları tərəfindən də müvafiq tədbirlər görülür. AFFA idman oyunlarının nəticələrinin manipulyasıyası cəhdlərini, bu prosesdə iştirak edən bütün şəxsləri şiddətlə qınayır, bu cür neqativ halların qarşısının alınmasında fəaliyyət göstərən müvafiq orqanlara təşəkkür edir, gələcəkdə də əməkdaşlığa hazır olduğunu bildirir”.
Qeyd edək ki, AFFA İntizam Komitəsinin bu gün qəbul etdiyi qərarə əsasən, danışılmış oyunlarda iştirak etdikləri üçün “Keşlə” klubunun futbolçuları Nizami Hacıyev və Mirhüseyn Seyidov futboldan ömürlük uzaqlaşdırılıb.


AFFA danışılmış oyunlarla bağlı bəyanat yayımlayıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Biz bütün azad Fələstin sakinlərini cümə günü – qəzəb günü küçələrə çıxmağa çağırıb
     08.12.2017
    İslamazeri.com saytının baş redaktoru Ramin Bayramov saxlanılıb
    O, Türkiyənin İstanbul şəhərindən Bakıya gələrkən Hava limanında saxlanılıb
     07.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ