EURO 2,0087 NEFT 57,75
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:31.05.2017 17:21:56

Azərbaycan Dillər Universitetində (ADU) tələbələrin etiraz etdikləri dövlət imtahanlarının keçirilməsi ilə bağlı qərara yenidən baxılıb.

Universitetin Elmi Şurasının bu gün, mayın 31-i verdiyi yekun qərara əsasən, dövlət imtahanı ilə bağlı qərara dəyişiklik edilib.

Bu haqda müzakirələrdən sonra tələblər bildiriblər.

Onların deməsinə görə, bundan sonra imtahanlarla bağlı tələbələrə iki seçim imkanı veriləcək.

«Əvvəlki qərarda 8 imtahan nəzərdə tutulurdu. İndi iki seçimimiz olacaq. Birinci seçim imkanı bir mövzu üzrə 5-səhifəlik həcmdə diplom işinin götürülüb müdafiə edilməsidir. Digər vasitə isə iki fənn üzrə imtahan olacaq. Fakültələrin bəzisində 3 imtahan olacaq. Həmin imtahanlar 100 test sualından ibarət olacaq», - tələbələr söyləyiblər.

AzadlıqRadiosu yazır ki, onlar qərardan razılıqlarını bildiriblər.

Azərbaycan Dillər Universitetinin İnformasiya Departamentinin rəhbərliyi yeni qərarın bu təhsil ocağının kadr hazırlığı üzrə ixtisasların xüsusiyyətləri və tələbələrin istəyi nəzərə alınaraq qəbul edildiyini bildirib. Həmin qərara görə, bakalavriatda yekun attestasiyası ixtisas fənni üzrə tərtib olunmuş suallar əsasında imtahan və buraxılış işinin müdafiəsi formasında keçiriləcək.

Universitetin Elmi Şurası həmçinin, yay imtahan sessiyasının müddətini də uzadıb.

Mayın 30-da Azərbaycan Dillər Universitetinin tələbələri etiraz aksiyasına başlamışdılar. Tələbələr dövlət imtahanının keçirilməsinə qarşı çıxıblar. Onlar deyirdilər ki, universitetə qəbul olunarkən bildirilib ki, dövlət imtahanı olmadan bu təhsil ocağını bitirəcəklər. İndi isə dövlət imtahanının olacağı bildirilir.

Onların əsas narazılığı 8, bəzi fakültələrdə isə 9 fənn üzrə imtahanın keçirilməsinə qərar verilməsi ilə bağlı idi.

ADU rəhbərliyi isə imtahanlarla bağlı yenilikləri Nazirlər Kabinetinin «Bakalavr təhsilinin təşkili qaydaları» ilə bağlı qərarı ilə əsaslandırmağa çalışırdı.


ADU-nun tələbələri razı qaldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əl-Biruni kimdir?
     21.10.2017
    Suriya ordusu Qəryəteyn şəhərini İŞİD-dən tamamilə azad edib
    Bu gün səhərdən başlamış yekun əməliyyatla şəhərə nəzarət tam bərpa edilib.
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ