1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:01.05.2019 17:45:28

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA, hazırkı ADNSU - red.) törədilən qanlı hadisədən artıq 10 il ötür.

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA, hazırkı ADNSU - red.) törədilən qanlı hadisədən artıq 10 il ötür. 

Bu hadisə üstündən illər keçsə də unudulmayacaq. Çünki, bu, elə bir hadisədir ki, hər birimizin qəlbində dərin yaralar açıb. Bu hadisə zamanı 13 vətəndaşımızı - 13 insanı itirdik, 10-dan artıq insanımız ağır yaralandı. Ona görə 30 aprel hadisəsini unuda bilmərik və buna haqqımız da yoxdur.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Eldar İbrahimov onuncu ildönümünü qeyd etdiyimiz ADNA terroru ilə bağlı fikirlərini bölüşərkən deyib.

Millət vəkili bildirib ki, buna hansısa kriminal hadisə kimi baxmaq olmaz:

“Bu hadisəni törətməklə elə bilirdilər ki, Azərbaycanda yenidən qeyri-sabitlik yaranacaq, Azərbaycan gəncləri ruhdan düşəcək, mənən sınacaqlar. Amma hər şey yenə əksinə oldu.

Bu hadisədən də, bu sınaqdan da Azərbaycan xalqı, Azərbaycan dövləti yenə alnıaçıq, başıdik çıxdı, onu sarsıtmaq, yolundan döndərmək, xaosa, anarxiyaya sürükləmək mümkün olmadı”.

Millət vəkili Məlahət İbrahimqızı da 30 aprel terrorunun Azərbaycan xalqının tarixində ən ağır hadisələrdən biri olduğunu və bu hadisənin arxasında, xüsusilə, Azərbaycan gəncliyinin gözünü qorxutmaq niyyəti güdüldüyünü bildirib:

“30 aprel hadisəsində Azərbaycan dövləti, ölkə rəhbərliyi, hüquq-mühafizə orqanları bir daha Azərbaycan vətəndaşının yanında, onun təhlükəsizliyini təmin etmək üçün hər şeyə hazır və qadir olduğunu ortaya qoydu. Bu hadisə xalqımızı, dövlətimizi sarsıda bilmədi. Xüsusilə də, gənclərimiz Azərbaycan dövlətinin, Azərbaycan xalqının gələcəyi, təhlükəsizliyi üçün hər zaman ayaqda, ayıq-sayıq olduğunu nümayiş etdirdi. Belə bir gənclik ancaq təqdirə və alqışa layiqdir”.


ADNA-dakı terrorla nə etmək istəyirdilər, nə oldu? - MÜNASİBƏT

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vilayət Eyvazov baş leytenantı rəis təyin etdi
    Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib.
     14.11.2019
    Bakıda ictimai asayişi pozan şəxsləri vətəndaşlar belə döydü - YENİ VİDEO
    Noyabrın 12-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yolu bağlayaraq qadınları təhqir edən şəxsin yeni görüntüləri yayılıb.
     14.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ