EURO 1,8873 TRY 0,2491
USD 1,7 RUB 0,0242
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:23.04.2019 23:53:55

Yayın yaxınlaşması ilə açıq satılan bir çox qidalar sağlamlıq üçün təhlükə yaradır.

Yayın yaxınlaşması ilə açıq satılan bir çox qidalar sağlamlıq üçün təhlükə yaradır.

Medicina.az-a istinadən bildirilir ki, açıq şəkildə satılan bir çox məhsullar havaların istiləşməsi ilə əlaqədar sağlamlıq üçün çox böyük təhlükə yaradır.

Medicina.az sizə həmin ərzaqları təqdim edir:

1) Quru meyvələr və çərəzlər

Açıq şəkildə satılan quru meyvələr və çərəzlər qaraciyər xərçəngi riski daşıyır. Çünki bu məhsullar istehsal zamanı göbələk və bakteriyalardan qorunmaq üçün bir sıra maddələrin təsirinə məruz qalırlar. Bu maddələr isə birbaşa olaraq qaraciyərə pis təsir edir.

2) Yalnız bağlamada olan quş əti alın

Açıq şəkildə satılan ev quşlarının əti isti havalarda istifadə olunmamalıdır. Çünki açıq satılan ev quşlarında çox təhlükəli bakteriyalar, məsələn, bağırsaq çöpləri, salmonella, botulizm bakteriyaları inkişaf edə bilər.

3) Açıq satılan süddən istifadə etməyin

Son zamanlarda açıq şəkildə satılan südə çoxlarımız rast gəlirik. Qablaşdırılmış südün faydalı olmadığını əsas tutan bir çox insan ilin çox hissəsində bu cür pərakəndə şəkildə satılan südlərdən istifadə edir. Lakin istilərin düşməsi ilə əlaqədar olaraq bu cür pərakəndə satılan süd məhsulları insana faydadan çox zərər verə bilər. Buna görə də yaxşı olardı ki, yay aylarında qablaşdırılmış südə üstünlük verəsiniz.


Açıq satılan bu ərzaqları almayın - XƏBƏRDARLIQ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • DİN AXCP fəalı ilə bağlı açıqlama yaydı
    Mayın 29-da Qaradağ Rayon Məhkəməsi AXCP fəalı Ruslan Əmirovu 15 günlük inzibati həbs cəzasına məhkum edib.
     30.05.2020
    Washingtonpost: Trampın sanksiyaları uğursuzdur; İran və Venesuela bunu isbat etdi...
    ABŞ mediası Venesuela sahillərinə İran neft tankerlərinin gəlməsini təqdir edən məqalə hazırlayıb.
     30.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ