1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:08.06.2017 11:32:11

Hindistanlı fermerin unutqanlığı ona baha başa gəldi.

İslamazeri.com-un NDTV telekanalına istinadən verdiyi xəbərə əsasən, hindistanlı fermerin keçini yemləməyi unutması ona baha başa gəlib: bərk acımış heyvan 62 min rupi (962 dollar) dəyərindəki 31 əskinazı yeyib.

Hadisə bu həftə fermer olan Sarveş Kumar Palın başına gəlib. Hadisələrin bu cür gedişatını gözləməyən fermer, 66 min rupi məbləğində kərpic almağa hazırlaşırdı və o bütün pullarını şalvarının cibinə qoyub.

Pal hamamda çimərkən, onun acımış keçisi, sözün əsl mənasında, pul yeyintisi ilə məşğul olmaq fikrinə düşüb. Heyvanın başı yeməyə o qədər qarışıb ki, 62 min rupini yeyib.

Nəticədə fermerin arzsunu ürəyində, cəmi 4 min rupisi isə cibində qalıb. Keçinin aqibəti haqda isə məlumat verilməyib.


Ac keçi böyük məbləğdə pul yedi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstanda xüsusi əməliyyat keçirilib, 3
    Gürcüstan Daxili İşlər Nazirliyi aprelin 19-da Avropol ilə birgə ölkə ərazisində xüsusi əməliyyat keçirib.
     19.04.2018
    Məşhəddə alış-veriş mərkəzində kütləvi rəqs rəsmilərin istefa və həbslərinə səbəb oldu - VİDEO
    İranın Məşhəd şəhərində alış-veriş mərkəzində kütləvi rəqs rəsmilərin istefa və həbslərinə səbəb olub
     19.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ