1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:05.11.2018 09:36:47

Abşeronda vətəndaşları aldadaraq onlara saxta əskinazlar verən ana və oğlu saxlanılıb.

Abşeronda vətəndaşları aldadaraq onlara saxta əskinazlar verən ana və oğlu saxlanılıb.

“Report”un Sumqayıt- Abşeron bürosunun məlumatına görə, Baki şəhəri Nəsimi rayonunda yaşayan Nərgiz Mirzəyeva və oğlu Namiq Əsgərov Abşeronda saxta pulla vətəndaşları aldatdıqlaına görə saxlanılıblar.

Belə ki, Abşeron rayon sakini Gülbəniz Hüseynova Xırdalan şəhərində işlədiyi şirniyyat evində əvvəllər tanımadığı bir qadının ona 50 manatlıq saxta pul, digər vətəndaş Adilə Sadıqova isə Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksinin yaxınlığında ticarətlə məşğul olan zaman bir qadının ona saxta pul verməsi barədə polisə məlumat veriblər. Aparılmış əməliyyat axtarış tədbirləri zamanı həmin cinayəti törətmiş ana və oğlu elə isti izlərlə tutularaq istintaqa təhvil verilib.

Əməliyyat zamanı onların yaşadıqları mənzildən saxta pul hazırlayan rəngli printer və digər aksessuarlar aşkarlanıb. Saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, ailənin digər üzvü Yusif Əsgərov da həmin cinayət əməlinə görə məhkumluq həyatı yaşayır.

 


Abşeronda ana və oğlu saxlanıldı, cinayət işi açıldı - FOTOLAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bəzi saytların yaydığı
    Dövlət Təhlükəsizliyi Xidmətinə ölkənin tanınmış siyasi xadimlərinin və ayrı-ayrı ziyalılarının çoxsaylı müraciətləri daxil olub.
     19.09.2020
    İrandan ABŞ-a: Biz qadınlardan qisas almırıq
    İran İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) komandanı Hüseyn Səlami açıqlama verib
     19.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ