EURO 1,9983 NEFT 64,06
USD 1,7001 RUB 0,0287
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL

Kateqoriya : TƏHLİL

Yayınlanma tarixi:16.02.2017 12:35:30

"Hələ seçkiqabağı kampaniya mərhələsində Trampın İsrailə tərəf meylinin olduğu məlum olmuşdu."

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, rusiyalı mütəxəssislər hesab edirlər ki, ABŞ-ın İsrail və Fələstin barəsindəki  “iki dövlət siyasətindən” imtina etməsi, Donald Trampın Yaxın Şərqdəki öz ənənəvi müttəfiqinə tərəf meyl etməsi mənasını verir.

Ötən gün Ağ Evin yüksək vəzifəli nümayəndəsi jurnalistlərə bildirib ki, ABŞ-ın yeni administrasiyası öz sələflərindən fərqli olaraq, Fələstin-İsrail münaqişəsinin “iki dövlət” konsepsiyası əsasında həll edilməsində israr etməyəcək. Son 25 il “2 xalq üçün 2 dövlət” prinsipi regionda sülhün əldə olunması üçün alternativsiz yol hesab olunurdu, münaqişənin hər 2 tərəfi də bunu təqdir etmişdi və bu prinsip beynəlxalq ictimaiyyət tərəfindən başladılann bütün diplomatik təşəbbüslərin əsasını təşkil edirdi.

Hələ seçkiqabağı kampaniya mərhələsində, Trampın gələcək komanda üzvlərinin soyadları səslənən zaman, İsraillə və ya ABŞ-dakı İsrail lobbisi ilə əlaqəli olan mütəxəssislərə tərəf meylin olduğu məlum olmuşdu. Bununla bağlı olaraq proqnozlar meydana gəlirdi ki, bəs Tramp ABŞ-ın Yaxın Şərq üzrə olan xarici siyasətini, Barak Obamanın hakimiyyətə gəlişinədək olan axarına geri döndərə bilər. Bu ABŞ-ın regiondakı əsas, klassik, köhnə müttəfiqlərinə - NATO üzvü kimi Türkiyə və İsrailə qoyulmuş “stavkadır”.”, - deyə Yaxın Şərq və Şimali Afrikanın müasir tarixi üzrə mütəxəssis, “Ali İqtisadiyyat Məktəbi” Milli Araşdırma Universitetinin (AİM MAU) Humanitar Elmlər fakültəsinin müəllimi Qriqoriy Lukyanov bildirib.

Onun sözlərinə görə, İsrailin özündə Barak Obama Ağ Evə rəhbərlik edən zaman “gözləyirdilər ki, Obamanın dövrü onun fələstinlilərə olan simpatiyası ilə birlikdə bitəcək, yeni administrasiya ilə isə ondan sonra razılaşacağıq”.

Lukyanov xatırladıb ki, fevral ayının əvvəlində ABŞ BMT-in Təhlükəsizlik Şurasında (TŞ) Liviya üzrə yeni xüsusi təmsilçinin - Fələstinin keçmiş Baş naziri Saləm Fəyyadın namizədliyinə veto qoymuşdu.

Hətta bu cür o qədər də mühüm olmayan istiqamətdə ABŞ bir fələstinliyə qarşı çıxdı. Bu artıq ABŞ-ın ən azından İsrailin fikrini nəzərə aldığına dair bir işarədir. İsrail daha çox ABŞ-ın müttəfiqi statusunu alacaq, nəinki Obama administrasiya dövründə olduğu kimi şübhəli həmkar statusunu.”, - deyə Lukyanov güman edir.

Onun fikrincə, yaxın zamanlarda biz ABŞ-ın fələstinlilərin yox, İsrailin maraqlarını nəzərə alaraq ölkə siyasətindəki daha çox meylinin şahidi olacağıq. Politoloq bunu “sabitliyi pozan amil hesab edir, çünki son illər ərzində Fələstinlə beynəlxalq ictimaiyyət arasında əldə olunmuş  bütün razılıqları şübhə altına qoyur”.

Rusiya Elmlər Akademiyasının (REA) Şərqşünaslıq İnstitunun İsrail və yəhudi icmalarının tədqiq edilməsi şöbəsinin müdiri Tatyana Karasova xatırladıb ki, eyni zamanda “Tramp artıq işarə edib ki, yeni administrasiya Yaxın Şərqdə reallıqları və beynəlxalq vəziyyətlə hesablaşacaq”.

Karasovanın proqnozuna əsasən, ötən gün Vaşinqtonda Trampla Netanyahu arasındakı Fələstin-İsrail münaqişəsinin həll edilməsinə dair danışıq Obama dövründə olduğu kimi olmayacaq.

Danışıq ABŞ-ın yeni administrasiyasının köçürmə siyasətinə və ümumiyyətlə işğal edilmiş torpaqlara prinsipial münasibəti haqda olacaq. Bütün bunlar, sözsüz ki, iki dövlət başçısının danışığının mərkəzində olacaq.”, - deyə o əlavə edib.

Amma İsrailin özündəki “qızğın başlar” artıq bunu tam azadlıq və yeni ərazilərin mənimsənilməsi, tikinti işlərinin genişləndirilməsi kimi qiymətləndirirlər. Gözləmək və seyr etmək lazımdır. Netanyahunun özü səfəri ərəfəsində demişdi ki, seçkiqabağı vədlərə və ya ABŞ-ın yeni prezidentininn istənilən qeydlərinə böyük ehtiyyatla yanaşmaq lazımdır.”, - deyə Karasova qeyd edib


ABŞ yenidən İsrailə tərəf meyl etməyə başladı - ANALİZ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Xaricdə əyani təhsil alan tələbələr Azərbaycanın təhsil müəssisələrinə belə köçürüləcəklər
    Ölkə daxilində bakalavriat və magistratura səviyyəsində köçürülmə zamanı tələbənin qəbul imtahanında topladığı bal əsas götürüləcək
     13.12.2017
    Türkiyənin müxtəlif şəhərlərində geniş ANTİ-FETÖ əməliyyatı
    Fətullah Gülənin terror qruplaşması ilə əlaqədə şübhəli bilinən şəxslərə qarşı növbəti əməliyyat keçirilib
     13.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ