EURO 2,0087 NEFT 57,75
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:15.05.2017 17:46:20

ABŞ xüsusi təyinatlılarının keçirdiyi və haqqında az danışılan 5 uğursuz əməliyyat.

İslamazeri.com-un “National Interest”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ-da xüsusi təyinatlılar qüvvələr qəhrəman sayılır və onların uğurları ilə isə fəxr edilir, lakin onları biabırçı uğursuzluqları çox qabardılmır.

Aşağıda ABŞ-ın iflasa uğramış 5 xusüsi əməliyyatı sadalanıb.

 

Makin atolunda reyd

1942-ci ilin avqust ayında ABŞ dəniz piyadalarının yenicə qurulmuş 2-ci Reyder batalyonu öz ilk xüsusi əməliyyatına başlayıb: ABŞ sualtı qayıqları Sakit okeanında yerləşən Makin atoluna 222 xüsusi seçilmiş və təlim görmüş hərbçi çıxardıb. Hərbi qulluqçuların missiyası oradakı Yaponiyaya aid tikililəri məhv etmək və bununla da rəsmi Tokiodakı Ali komandanlığın özünü zəif hiss etməyə məcbur etməkdən ibarət olub.

Hücum yaponlar üçün gözlənilməz olub, lakin anilik effekti qısa zamanda yox oldu və onlar müqavimət göstərməyə başladılar. Amerikalılar geri çəkilmək qərarına gəlsələr də, hündür dalğalara görə tələyə düşdülər: dəniz piyadaları onları gözləyən sualtı qayıqlarının yanına üzüb çata bilmirdi.

Növbəti gün piyadalar buna baxmayaraq yaponların salamat qalmış tikililərini məhv etdilər. Sualtı qayıq isə sağ qalmış hərbçilərin arxasınca geri gəldi. Əməliyyat zamanı ümumilikdə 30 amerikalı həlak oldu, çox sayda hərbçi isə yaralandı. Reydin orta dərəcəli uğuru uzun müddət ABŞ komandanlığının yadında qaldı.

 

Atol - mərcan adası.

 

Şimali Koreya: 205-ci yüksəklik

1950-ci ilin noyabr ayının 25-i ABŞ xüsusi təyinatlı qüvvələri Çxonçxonqan çayının yaxınlığında yerləşən 205-ci Yüksəkliyi ələ keçirərək, öz nəzarəti altında saxlamalı idilər. Lakin onlar bilmirdilər ki, Şimali Koreyaya Çinin böyük kontingenti yeridilib. Həmin kontingent isə genişmiqyaslı hücuma hazırlaşırdı.

Əməliyyat keçirmək cəhdi amerikalıların gözləntilərinin əksinə nəticə verib. Çünki yüksəklik onların gözlədiklərindən də daha yaxşı müdafiə edilmişdi. Çinlilər əks-hücuma keçən zaman vəziyyət az qala nəzarətdən çıxacaqdı. 87 amerikalı xüsusi təyinatlıdan cəmi 21-i sağ qala bilmişdi. Əməliyyat gözlənilən nəticəni vermədi.

 

“Qartal caynağı” əməliyyatı və ya Tehrandan qaçış

1979-cu ildə İranın paytaxtı Tehran şəhərindəki ABŞ səfirliyi tutulduqdan sonra onlarla amerikalı diplomat əsir saxlanılırdı. ABŞ Prezidenti Cimmi Karterin Administrasiyası İrana qarşı müharibə başlatmamaq qərarını vermişdi. Lakin müharibənin əvəzinə xüsusi əməliyyatın keçirilməsinə dair qərar qəbul edilmişdi.

İçərisində ABŞ xüsusi təyinatlarının olduğu vertolyotların səfirliyinin yaxınlığında eniş edəcəyi, diplomatları əsir tutanların öldürəcəyi, daha sonra isə səfirlik işçilərini təyyarəyə oturdaraq, ölkədən çıxarılacağı planlaşdırılırdı. Bütün bunların İran hərbçiləri hər hansına bir addım atanadək ediləcəyi nəzərdə tutulmuşdu.Əməliyyat qəliz idi, buna görə də səhv atılmış 1 addıma onlarla itkinin olmasına səbəb ola bilərdi.

Reyd günü demək olar ki, heç nə plan üzrə getmirdi. Nasazlıq üzündən əsirlərin azad edilməsi üçün kifayət qədər vertolyot olmadı. (Vertolyotlardan biri qırıcıdaşıyan gəmidən havaya qalxan kimi qəzaya uğradı, digər biri yolunu azdı, qalanları isə kəşfiyyat xətasına görə avtoyolun yaxınlığında eniş etmişdi. Nəticədə əməliyyat ifşa olmuşdu. Quruya eniş etmiş amerikalılar içərisində sərnişinlər olan avtobusu mühasirəyə almış və yaxınlıqdan keçən İrana aid benzindaşıyan maşını partlatmışdılar. Üstəlik bir dinc sakin də həlak olmuşdu. - red.)

Əməliyyatın ləğv edilməsi əmri verildikdən sonra ABŞ-a aid vertolyotlardan biri  yanacaq tökən təyyarəyə çırpıldı. Baş vermiş yanğında 8 ekipaj üzvü ölmüşdü. (Hər iki maşın yanğın nəticəsində məhv olmuşdu. Salamat qalmış vertolyotlar isə səhrada tərk edilmişdi. Daha sonra isə həmin vertolyotlar  əməliyyatın keçirilməsinə dair bütün sirli sənədlərlə birgə İran ordusunun əlinə keçdi. - red.) Xüsusi təyinatlıların İrandakı müvəffəqiyyətsizliyi 1980-ci ildə keçirilmiş prezident seçkilərində Karterin məğlub olmasına səbəb oldu.

 

Qrenadakı “Qəzəb partlayışı” əməliyyatı

Qrenada hakimiyyətinin devrilməsi ABŞ Silahlı Qüvvələri üçün yerinə yetirilə bilən hədəf kimi görünürdü. Və həqiqətən də 1983-cü ildə baş vermiş münaqişə cəmi 3 gün davam etdi.

“Lakin bu 3 gün ərzində ABŞ xüsusi xidmət orqanları çox sayda problemlə üzləşdi.”

Hərbçilər Qrenadakı hava şəraitinə diqqət yetirmədilər ki, nəticədə də “4 dəniz pişiyi” boğularaq öldü. Gözlənilməz şəkildə zenit artilleriya tərəfindən açılmış atəş Riçmond-Hill həbsxanasına havadan edilmiş hücuma mane oldu. Boş barakları tutmaq cəhdi 3 vertolyotun qəzaya uğramasına və daha 3 hərbçinin ölməsinə səbəb oldu.

 

Moqadişo: Amerikalıların burada nə işi var?

ABŞ humanitar missiyanın sayəsi altında Somalidəki vətəndaş müharibəsinə girişmişdi. Həmin humanitar missiya Somali sakinlərinə ərzaq məhsullarının tədarükünü bərpa etmək məqsədi ilə başladılmışdı. Lakin rəsmi Vaşinqtonun bu ölkədəki hədəfləri tezliklə genişləndi, üstəlik də yeni Ağ Ev başçısı Bill Klintonun çətin ki, ölkəsinin bu Afrika ölkəsindən istəməsi haqda təəssüratları vardı.

1993-cü ilin oktyabr ayında ABŞ Moqadişoda xüsusi əməliyyat başlatdı. Əməliyatın hədəfi “Somali Milli Alyansı hökumətinin” 2 üzvünü həbs etmək idi. Hücum həm havadan, həm də qurudan planlaşdırılırdı, lakin hər şey yenə də plan üzrə getmədi: vertolyotlardan biri tank əleyhinə minaatandan vuruldu, quru əməliyyatının iştirakçıları isə məqsədlərinə çata bilmədilər. Nəticədə amerikalılar mühasirəyə düşdülər: ABŞ daha bir vetolyotundan da məhrum oldu, səhərə qədər davam edən döyüşlər isə 19 xüsusi təyinatlının ölümünə səbəb oldu. Dinc sakinlər də daxil olmaqla, mindən çox somalili həyatını itirdi.

 

Tərcümə İslamAzəri saytına məxsusdur.


ABŞ xüsusi təyinatlılarının 5 uğursuzluğu: İran, Şimali Koreya, Makin, Qrenada və Somali

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əl-Biruni kimdir?
     21.10.2017
    Türkiyə şiələrinin lideri
    Türkiyənin tanınmış din alimi, şiə liderlərindən olan Səlahəddin Özgündüz cümə xütbəsində "Haşdi Şabi"ni müdafiə edib
     21.10.2017
    Hadi Əmiri:
    Kürd media orqanlarının "Həşd-Şabi" qüvvələrinin Kərkükə daxil olduğu yönündə yaydığı spekulyasiyalara etiraz edən Əmiri bu iddiaları rədd etdi.
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ