EURO 1,9856 NEFT 48,55
USD 1,7012 RUB 0,0286
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:08.12.2016 11:53:09

Türkiyə "Fərat Qalxanı" əməliyyatında təxminən 1 aydır Amerikadan dəstək almır. Üstəlik, ABŞ YPG-yə silah yardımı edir...

İslamazeri.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın şimalında təhdid təşkil edən terror təşkilatlarını təmizləmək üçün başlatdığı "Fərat Qalxanı" əməliyyatında həlledici proseslər yaşanır.

Cənubda radikal terror təşkilatı İŞİD-in qalası hesab edilən əl-Babı mühasirəyə alan Türkiyə ordusu şərqdə də separatçı terror təşkilatı PKK-nın Suriya qolu YPG-nin nəzarətindəki Mənbiç şəhərinə yaxınlaşıb.

Türkiyə ordusunun dəstək verdiyi Azad Suriya Ordusu (ASO) ilə YPG döyüşçüləri arasında bəzən toqquşmalar baş verir. Əvvəlki günlərdə əl-Bab yaxınlığında türk ordusuna qarşı təşkil olunan hücumlarda atıq 10-a yaxın türk əsgəri ölüb.

Bu hadisələr baş verərkən, "SÖZCÜ"-yə açıqlama verən yuxarı vəzifəli bir səlahiyyətli, Türkiyədən başqa Suriyanın ərazi bütövlüyündən yana ölkə olmadığını bildirərək, ABŞ-ın regionda müstəqil bir kürd dövləti qurmaq planından imtina etmədiyini ifadə edib.

Ələ keçirilən üst səviyyəli bir YPG-linin ifadəsində "ABŞ kürd dövləti qurulması üçün bizə hər cür dəstək verir" - dediyini söyləyən səlahiyyətli əvvəlki gün ABŞ-ın 100 TIR dolusu silah və sursatı İraq üzərindən Suriyaya daxil edib Mənbiçə göndərdiyini bildirib.

FRANSIZLAR DA MƏNBİÇDƏ

Səlahiyyətli "Mənbiçə ABŞ-ın böyük dəstəyi var. Türkiyə şimalda yerləşdiyi üçün ABŞ, əl-Babın üzərindən şərqlə qərbi birləşdirmək istəyir. Bizim dərdimiz bir an əvvəl əl-Bab-ı almaqdır.

ABŞ Mənbiçdə YPG ünsürlərini vurmağımızı istəmir. ABŞ və Fransa xüsusi təyinatlı qüvvələri də Mənbiçdə var. Bizə dəstək olmadıqları halda YPG-yə hədsiz bir dəstək var. YPG 300 ailəni Mənbiçə yerləşdirib. Hal-hazırda Mənbiçdə 3 minə yaxın YPG-li var. Onlara davamlı olaraq silah və sursat göndərilir" - deyə danışıb.

Suriyanın tam bir "Yaxın Şərq bataqlığı" olduğunu qeyd edən səlahiyyətli, "Həqiqətən burada kimin əli kimin cibindədir məlum deyil. Rusiya da, ABŞ da YPG-ni vurmağımızı istəmir. İşin daha da maraqlı tərəfi Suriya hökuməti də YPG-ni vurmağımızdan narahatdır. Açığı üç ölkə də YPG-ni qoruyub saxlayır. Burada Türkiyə, həqiqətən də, çətin vəziyyətdədir." - deyib.

ABŞ YPG-yə MAAŞ VERİR

Türkiyənin həyata keçirdiyi "Fərat Qalxanı" əməliyyatı başlayandan ABŞ-ın dəstək vermədiyini, əməliyyatlara da "sədd qoyduğunu" qeyd edən səlahiyyətli, "ABŞ YPG-ni istiqamətləndirir. Həmçinin, aylıq 5 min dollar maaş da verir. Çox qarışıq bir oyun var. Məqsədimiz əl-Babı alıb YPG-nin qərbə doğru apardığı hərəkatı əngəlləməkdir" - deyib.

Türkiyə və Rusiya arasındakı münasibətləri pozmaq istəyənlərin, Rusiya təyyarəsinin vurulduğu tarixdə türk əsgərlərini öldürülməsinə də diqqət çəkilib.

Bir hərbi səlahiyyətli "Əgər Rusiya cavab tədbirləri görmək istəsəydi, onlar da aviasiyamıza hücum təşkil edərdi" - deyə danışıb.


ABŞ Türkiyəni tək qoyub - GENİŞ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rüşvət videosundan sonra saxlanılan baş həkim azadlığa buraxıldı - BAKIDA
    Hökmə əsasən, H. Həsənov barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
     24.07.2017
    Əli İnsanov ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb
    Yaxın vaxtlarda şikayət üzrə məhkəmə prosesi keçiriləcək.
     24.07.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ