EURO 1,9848 NEFT 78,79
USD 1,7 RUB 0,0253
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL

Kateqoriya : TƏHLİL

Yayınlanma tarixi:18.04.2017 15:58:21

"Kölgə MKİ kimi tanınan ABŞ-ın ideoloji təşkilatı "Stratfor"da yayımlanan analizdə, Türkiyənin Ərdoğanın rəhbərliyi altında "daha avtoritar" bir rejimə çevrilməsinin Avropa Birliyi (AB) tərəfindən qınanacağı, ancaq mühacir tranziti və Rusiyanı nəzarət altında saxlamaq üçün Türkiyənin əməkdaşlığına ehtiyac duyulduğu bildirildi.

İslamazeri.com xəbər verir ki, təhlildə müxalifətin etirazlarının hələ də davam etdiyi "böyük mübahisəli" yarışda AKP və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi çox gücləndirəcək bir qələbə əldə etdiyi bildirilir.

Ölkənin ərazisinin hədsiz dərəcədə qütbləşdiyi və İstanbul, İzmir və Ankara kimi ən böyük 3 şəhərdə Ərdoağanın məğlub olduğu vurğulanaraq, AKP-nin minimal qələbəsinin Ərdoğanın gücünü möhkəmləndirmək üçün "fövqəladə tədbirlər" almasına səbəb olduğu şərh edilir.

Analizdə Türkiyənin ən böyük metropollarını (böyük şəhər - red.) "itirib" seçki qələbəsi elan etməyin Türkiyə tarixində böyük miqdarda "alışılmamış" olduğu vurğulanır.

 

"AB-NİN TÜRKİYƏNİN ƏMƏKDAŞLIĞINA EHTİYACI VAR"

 

Türkiyənin Ərdoğanın rəhbərliyi altında "daha avtoritar" sistemə keçməsinin AB tərəfindən pislənəcəyini deyən "Stratfor", buna baxmayaraq, AB-nin mühacir tranziti və Rusiyaya nəzarət məsələsində hələ də Türkiyənin əməkdaşlığına ehtiyacı olduğunu anlaya biləcəyini qeyd edir.

 

"XARİCİ SİYASƏT ELƏ DƏ DƏYİŞMƏYƏCƏK"

 

Təhlildə referendumun nəticəsinin Türkiyənin daxili siyasətində uzun dövrdə dramatik dəyişikliklərə yol açacağı, ancaq xarici siyasətinin elə də dəyişməyəcəyi şərhi də edilib. Təhlildə "Referendumun nəticəsinin qələbə və ya məğlubiyyət olsa da Türkiyə Şimali İraq və Suriyadakı varlığını və diqqətini kürdlərin yayılmasının qarşısını almaq üçün dərinləşdirəcək və İran ilə daha geniş bir "vəkalət müharibəsi"ndə qarşı-qarşıya qalacaq"- deyə, qeyd edilib.


ABŞ təşkilatı: “Türkiyə İran ilə vəkalət müharibəsində qarşı-qarşıya qalacaq” - TƏHLİL

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan yollarında İLK DƏFƏ - 3D formatlı piyada zolağı - VİDEO
    Azərbaycanda ilk dəfə olaraq avtomobil yollarında 3D formatlı piyada zolağı çəkilib.
     19.09.2018
    Ərdoğan Kölndəki Mərkəzi məscidin açılışında iştirak edəcək - FOTO
    Türkiyə prezidenti Almaniyaya səfər edəcək.
     19.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ