Suriya mediası havadan müdafiə qüvvələrinin 13 raketi vurduğunu deyir.
İslamazeri.com "voa"ya istinadən xəbər verir ki, ABŞ prezidenti Tramp cümə gücəsi ABŞ, Fransa və Britaniya qüvvələrinin Suriya prezidenti Bəşar əl-Əsəd rejiminə qarşı “birləşmiş əməliyyat” keçirdiklərini elan edib. Məqsəd Əsədin kimyəvi silah proqramına son qoymaqdır.
Tramp Ağ Evdən müraciət etdiyi zaman partlayışlar Dəməşq səmasını işıqlandırıb. Hücum indi dayanıb.
Associated Press xəbər agentliyi Dəməşqin şərqində səmaya tüstü qalxdığını xəbər verir. Şəhərin digər hissəsində alovlar müşahidə olunub.
Suriya dövlət televiziyası hücumların paytaxt civarındakı Barzeh şəhərində elmi mərkəzi hədəf aldığını xəbər verib.
Suriya mediası havadan müdafiə qüvvələrinin 13 raketi vurduğunu deyir.
Ağ Evdə millətə müraciət edən Tramp Əsəd üzərindəki "davamlı təzyiqi" saxlamağa hazır olduğunu bildirib. O, Əsədin öz xalqını beynəlxalq konvensiyalarda qadağan olunmuş kimyəvi silahlarala qırmasını dayandıranadək bunu edəcəyini bəyan edib.
SANA agentliyi hücum zamanı 30 raketdən 13 raketin vurulduunu bildirib. Məlumata görə, Kisva şəhəri yaxınlığında endirilən raketlər Suriya HMS-ləri tərəfindən vurulub.
Pro-Assad official says targeted bases were evacuated on Russian warning https://t.co/LcGdfEvHjK pic.twitter.com/OPudBC03hh
— Reuters Top News (@Reuters) 14 Nisan 2018
"Reuters" isə Rusiyanın Suriya hökümətini hücumla bağlı xəbərdar etdiyini bildirir.
Sit Multon Konqresmen demokrat Trampın hücumla bağlı Konqressdən icazə almalı olduğunu bildirib.
"Konqressin icazəsi lazım idi, əlbəttə ki, Tramp üçün Konstutusiyanın əhəmiyyəti varsa", -deyə o qeyd edib.
Anyone who uses chemical weapons should be stopped. That includes Assad and the Russians. But we’ve seen this before, we’ve tried this response before, and it clearly failed. We need a strategy, Mr. President, not a series of contradictory tweets.
— Seth Moulton (@sethmoulton) 14 Nisan 2018
ABŞ Suriyanı bombaladı, 13 raket göydə vuruldu